Ukrayna Prezidenti Volodymyr Zelenski bildirib ki, Rusiya Baltikyanı dövlətlərdən birinə hücum üçün ümumi səfərbərlik elan etməyə hazırlaşır. Bu baxımdan V.Putin ölkədə gərginliyin qarşısını almaq üçün sosial mediaya çıxışı məhdudlaşdırmağı planlaşdırır. Zeliniski deyib: “Rusiya Federasiyasında sosial mediaya çıxışın məhdudlaşdırılması dövlət başçısına qarşı tənqidi məhdudlaşdırmaqla bağlı deyil, mənim fikrimcə, daha dərin bir məqsədə malikdir - iğtişaşların qarşısını almaq. Şimal qonşumuzda iğtişaşlara nə səbəb ola bilər? Bir neçə şey və ya seçim. Birincisi - Rusiyada ümumi səfərbərlik, böyük səfərbərlik. Bu, Moskva və əlbəttə ki, Sankt-Peterburq da daxil olmaqla mərkəzi şəhərlərdən insanların səfərbərliyi olacaq. Niyə belə böyük səfərbərlik? Ukraynaya qarşı hücumu, böyük bir hücumu təkrarlamaq. B variantı - daha az sayda döyüş qüvvəsinin kifayət edəcəyi bir yerdə daha az xərc və daha az səylə paralel, daha kiçik bir hücuma başlamaq. Niyə? Çünki bir və ya digər dövlət, məsələn, Baltikyanı ölkələrdə, güclü qarşıdurmaya hazır deyil."
Zelenski Rusiyanın "A Planı"nın "kütləvi səfərbərlik, hücum etmək üçün sosial medianı məhdudlaşdırmaq fikrində olduqları qənaətindədir: “Bəs bundan sonra hara getmək lazımdır? Düşünürəm ki, onların bir neçə variantı var. Və sonra o, NATO ölkələri ilə baş verənlərə baxır. Düşünürəm ki, məhz buna görə seçim edilir. Onlar qoşulacaqlar, ya yox?"
Baltikyanı ölkələrə hücum halında NATO-nun 5-ci maddəsinin tətbiq edilib-edilməyəcəyi soruşulduqda, Zelenski belə cavab verib: "İnanıram ki, bəlkə də bütün ölkələr Baltikyanı ölkələri dəstəkləmək istəməzlər, amma mənim fikrimcə, NATO ölkələrinin başqa seçimi olmayacaq, əks halda NATO olmayacaq. Onlar birləşməli və Putinin potensial olaraq edə biləcəyi şeylərə cavab verməli olacaqlar. Əks halda, onların sadəcə olaraq artıq ittifaqı olmayacaq."
İlham