Nazənin Məmmədova Astara rayon Suparibağ kənd Aqşin Hüseynov adına tam orta ümumtəhsil məktəbinin direktorudur. Seçdiyi peşəsinə bağlılığı, onu kamil bilməsi, eləcə xeyirxah əməlləri, ədalətə dəstək verməsi Nazənin müəllimə eldə hörmət və rəğbət gətirib. Necə deyərlər, Vətənin bu günü, sabahı, gələcəyi ilə yaşayan nəcib insan, vətənpərvər xanım YAP Astara rayon təşkilatının da ən fəal üzvüdür.
YAP Astara rayon təşkilatında ömrünün 55-ci ilini yola salan Nazənin Məmmədova ilə görüş keçirildi. YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, Lənkəran-Astara Regional Təhsil İdarəsi Astara rayon üzrə Təhsil sektorunun müdiri Xədicə Əliyevanın və YAP rayon təşkilatının əməkdaşlarının qatıldığı görüşdə Nazənin xanımı yubileyi münasibətilə təbrik edib və xoş arzularını ona bildirdilər:-Hörmətli Nazənin xanım, Sizi doğum gününüz münasibətilə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı adından səmimi-qəlbdən təbrik edirik. Öz yüksək təşkilatçılıq bacarığınız, fəallığınız və səmimiyyətiniz, partiyaya sədaqətinizlə hər zaman nümunəsiz. Rayonun ictimai-siyasi həyatında göstərdiyiniz fəallıq və üzərinizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyiniz xalq tərəfində çox bəyənilir.
Sizin kimi təşəbbüskar, zəhmətkeş və prinsipial insanların fəaliyyəti təşkilatımızın uğurlarında mühüm rol oynayır. Göstərdiyiniz sədaqətli xidmət və nümunəvi fəaliyyət özü bir örnəkdir.Bu əlamətdar gün münasibətilə sizə möhkəm cansağlığı, uzun ömür, şəxsi həyatınızda xoşbəxtlik, ictimai fəaliyyətinizdə isə yeni-yeni uğurlar arzulayırıq.
N. Məmmədova göstərilən diqqətə görə Partiya rəhbərliyinə və rayon təşkilatına minnətdarlığını bildirdi, bundan sonra da Ulu Öndər Heydər Əliyev siyasi kursuna, onun layiqli davamçısı Prezident, Partiyanın Sədri İlham Əliyevə sədaqətlə xidmət edəcəyini dedi.Yubilyara Partiya tərəfindən “Təbriknamə” və qiymətli hədiyyə təqdim olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü