PDF Oxu

Siyasət

  • 653

YAP Tərtər rayon təşkilatında sosial şəbəkə fəalları ilə görüş keçirilib - FOTOLAR

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında sosial şəbəkə fəalları ilə görüş keçirilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovun iştirakı ilə baş tutan tədbirdə gənclərin ictimai-siyasi proseslərdəki rolu və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbiri giriş sözü ilə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından bəhs edib. O vurğulayıb ki, Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqla dövlətin və xalqın etimadını tam doğruldublar.
Eldar Əsədov qeyd edib ki, müasir dövrün tələblərinə uyğun olaraq təbliğat işi, xüsusilə sosial media üzərindən daha da gücləndirilməlidir. Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalan hər bir partiya üzvü dövlət siyasətinin fəal təbliğatçısı olmalı, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına öz töhfəsini verməlidir.
Görüşdə gənclərin sosial mediadakı fəaliyyəti, onların ictimai-siyasi fəallığının artırılması və milli maraqların qorunması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən könüllülərdən Elmir Xəlilov, Elza Aslanova, Nuranə Hüseynova və digərləri Yeni Azərbaycan Partiyasının fəalları olduqlarından qürur duyduqlarını bildiriblər. Onlar partiyanın ideoloji xəttini və ölkəmizin nailiyyətlərini sosial platformalarda layiqincə təbliğ etmək üçün fəaliyyətlərini daha da gücləndirəcəklərini vurğulayıblar.
Sonda fəallar onlara göstərilən diqqət və etimada görə Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər