ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında iki həftəlik atəşkəsin Pakistanın tələbi ilə uzadıldığını açıqlayıb. Onun sözlərinə görə, bu qərar atəşkəsin bitməsindən bir neçə saat əvvəl qəbul edilib və Pakistan Ordu Qərargah rəisi Asim Munir və ölkənin Baş naziri Şahbaz Şərifin tələbi ilə verilib.Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində atəşkəsin Tehran tərəfinin rəsmi təklifinə və danışıqların başa çatmasına qədər davam edəcəyini yazıb. O, həmçinin ABŞ ordusuna hazır qalmağı və blokadanı davam etdirməyi tapşırdığını vurğulayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu qərar İran tərəfinə vahid plan təqdim etmək və danışıqları davam etdirmək üçün fürsət yaratmaq məqsədilə verilib.
Qeyd edək ki, Tehran rejimi bu açıqlamaya cavab verməyib.
Xatırladaq ki, Vaşinqton və Tehran arasında iki həftəlik atəşkəs Yaxın Şərqdə təxminən 40 gün davam edən toqquşmalardan sonra əldə edilib. Onun bu gün, 22 apreldə başa çatması planlaşdırılırdı.
İlham