PDF Oxu

Siyasət

  • 589

MDB xalqlarının ortaq filmləri çəkiləcək -FOTO

image

Tacikistanın Xarici İşlər Naziri Sirojiddin Muhriddin Böyük Vətən Müharibəsi haqqında daha çox filmin çəkilməsini təklif etdi. Həmçinin, filmlər Müstəqil Dövlətlər Birliyi xalqlarının ortaq töhfəsini və qəhrəmanlığını əks etdirməlidir.

Tacikistan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu təklif Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında irəli sürülüb.

Xəbər verilir ki, bu görüşdə xarici işlər nazirliklərinin rəhbərləri mühüm beynəlxalq məsələləri müzakirə edib və MDB çərçivəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Regional təhlükəsizliyə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və Birlik daxilində humanitar və mədəni əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, MDB üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 17 apreldə Moskvada keçirilib.

İlham

Digər xəbərlər