PDF Oxu

Siyasət

  • 1 325

Yeni əməkdaşlıq istiqamətləri müəyyənləşir - FOTOLAR

image

Aprelin 23-də YAP Samux rayon təşkilatı tərəfindən İnstitut qəsəbə ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Latviya prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar partiya üzvlərinin iştirakı ilə görüş keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova qeyd edib ki, Latviya prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. O bildirib ki, bu səfər Azərbaycan ilə Latviya arasında siyasi dialoqun genişlənməsinə, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edir.

S.Xəlilova həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət kursu nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır və müxtəlif dövlətlərlə, o cümlədən Latviya ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur. O qeyd edib ki, bu cür səfərlər dövlətlərarası münasibətlərin möhkəmlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə zəmin yaradır.

Daha sonra tədbirdə iştirak partiya üzvləri Namiq Cəfərov, Dilarə Əsgərova, Sevil Vəkilova, Züleyxa Namazova çıxış edərək bildiriblər ki, Azərbaycan ilə Latviya arasında dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Natiqlər qeyd edib ki, bu cür rəsmi səfərlər ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Digər xəbərlər