PDF Oxu

Siyasət

  • 505

Bir-birinə yaxın dövlətlər - ŞƏRH

image

25 aprel 2026-cı il tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər Azərbaycanla Ukraynanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə nəinki şərait yaradır, eyni zamanda dəyişən qlobal siyasi arxitektura fonunda yeni əməkdaşlıq imkanlarının təməlini qoyur.

Səfər çərçivəsində Ukrayna Prezidentinin Azərbaycan Prezidenti ilə ikitərəfli, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməsi artıq hər iki müstəqil dövlətin yüksək münasibətlərini bir daha təsdiqləmiş oldu. Mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.”

Hər iki ölkə fərqli coğrafi və siyasi şəraitdə yerləşsə də, onları birləşdirən əsas amillərdən biri suverenliyin qorunması, ərazi bütövlüyü və milli təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqdır.

İlham Əliyev Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli əməkdaşlıq xəttini davam etdirərək müxtəlif ölkələrlə, o cümlədən Ukrayna ilə əlaqələrin inkişafına önəm verir. Bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, həm də enerji, iqtisadiyyat və humanitar sahələri əhatə edir. Azərbaycan, enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, Ukrayna ilə də bu sahədə əməkdaşlıq imkanlarını daim nəzərdən keçirir.

Volodimir Zelenski isə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması istiqamətində aktiv diplomatik fəaliyyət yürüdür. O, beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsinə və ölkəsinin müdafiə qabiliyyətinin artırılmasına xüsusi diqqət ayırır. Bu kontekstdə Azərbaycan kimi regional güclərlə münasibətlər Ukrayna üçün strateji əhəmiyyət daşıyır.

Görüşdən dərhal sonra beynəlxalq analitiklər maraqlı bir mövzunu müzakirə etməyə başladılar. Ukrayna Prezidentinin Rusiya ilə mümkün sülh danışıqlarının Azərbaycanda keçirilməsi ehtimalına dair müsbət yanaşması, Bakının qlobal neytral vasitəçi rolunu yenidən gündəmə gətirdi.

Prezident Zelenskinin səfəri bir daha göstərdi ki, Ukrayna üçün Azərbaycan yalnız enerji tərəfdaşı deyil, həm də nəqliyyat-logistika və regional təhlükəsizlik məsələlərində etibarlı tərəfdaşdır.

Xüsusilə Orta Dəhliz (Transxəzər beynəlxalq nəqliyyat marşrutu) çərçivəsində əməkdaşlıq perspektivləri diqqət mərkəzində oldu. Bu marşrutun inkişafı Ukraynanın Avropa ilə Asiya arasında alternativ bağlantılar əldə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hər iki liderin çıxışlarında və görüşlərində ortaq məqamlar açıq şəkildə hiss olunur: beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin tanınması və münaqişələrin sülh yolu ilə həlli. Bu prinsiplər həm Azərbaycan, həm də Ukrayna üçün əsas istiqamətverici faktor kimi çıxış edir.

Hərbi-texniki əməkdaşlıq müasir beynəlxalq münasibətlər sistemində getdikcə daha böyük əhəmiyyət kəsb edən sahələrdən birinə çevrilir. Dövlətlər üçün milli təhlükəsizliyin təmin olunması, müdafiə qabiliyyətinin gücləndirilməsi və regional sabitliyin qorunması kimi məsələlər bu əməkdaşlıq formatını zəruri edir.

Son dövrlərdə müxtəlif ölkələr arasında bu istiqamətdə aparılan fikir mübadilələri göstərir ki, hərbi-texniki sahədə qarşılıqlı fəaliyyət yalnız silah alqı-satqısı ilə məhdudlaşmır, eyni zamanda texnologiya transferi, birgə istehsal və elmi-tədqiqat işlərini də əhatə edir.

İlkin Bağırov

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər