PDF Oxu

Siyasət

  • 872

Azərbaycan tarixində daim yaşayacaq şəxsiyyət - FOTOLAR

image

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 ili münasibətlə bütün respublikada olduğu kimi, Astara rayonunda da görkəmli şəxsiyyətin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq müxtəlif tədbirlər keçirilir.

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxovanın, Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Bahadır Əhmədovun, Astara rayon üzrə Təhsil sektorunun müdiri Xədicə Əliyevanın və Astara Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevin qatıldığı növbəti tədbir də yüksək səviyyədə təşkil olunmuşdu. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi böyük ehtiramla anıldı.

Akademik Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən video-çarxın nümayişindən sonra natiqlərin çıxışları başlandı. Bu dahi insan haqqında deyilən hər bir söz ürəkdən gəlirdi, adamda qürur hissi yaradırdı. Zərifə xanımın öz xalqı üçün gördüyü misilsiz işlərindən danışan natiqlər onu da xüsusi olaraq bildirdilər ki, Zərifə Əliyeva bir ana kimi gözəl insan idi. O, övladlarına yüksək tərbiyə verib, Vətənə layiqli yetişdirib. Bu gün ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevin yüksək biliyi, bacarığı ilə yanaşı, ən ali insani keyfiyyətlərə malik olması da məhz Onun Ulu Öndər Heydər Əliyevlə görkəmli akademik Zərifə xanımın övladı olması və bu ideal ailədə böyüməsi ilə bağlıdır.

Natiqlər vurğuladılar ki, Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan dünya şöhrətli alim, akademik Zərifə xanımın əziz xatirəsini yaşatmaq, onun irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. O, xalqı üçün gördüklərinə görə adı Azərbaycan tarixində daim yaşayacaq, onun elmi və mənəvi irsi isə gələcək nəsillərə işıq saçmağa davam edəcəkdir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər