PDF Oxu

Siyasət

  • 608

Siyasi-iqtisadi münasibətlərin yeni mərhələləri - ŞƏRH

image

Azərbaycan Respublikasını dünyaya tanıdan, ölkənin hərtərəfli inkişafı üçün müsbət yeniliklər və uğurlar qazanan, Cənab Prezident İlham Əliyev 27.04.2026- cı il tarixində, Çexiyanın Baş naziri Andrey Babişlə rəsmi görüşü keçirildi. Görüş əsrarəngiz təbiəti ilə insanları valeh edən Qəbələ rayonunda baş tutdu. Qonaqlar Cənab Prezidentimiz tərəfindən səmimi və xüsusi qonaqpərvərliklə qarşılandıqdan sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və hər iki tərəf təqdim olunduqdan sonra, mətbuata bəyanatla çıxış etdilər.

Prezident İlham Əliyev ilk olaraq qonaqları salamlayaraq, bəyanatla çıxış etdi. O, öz çıxışında üç ay öncə Çexiyanın Baş naziri ilə Davosda keçirilən ilk məhsuldar görüş zamanı, bir çox məsələlər ətrafında fikir mübadiləsi bildirdiklərini qeyd etdi. Elə bu görüşdə Cexiya Respublikasının Baş naziri Andrey Babişi Azərbaycana rəsmi səfərə dəvət etdi. Cənab Prezidentimiz hal hazırda siyasi dialoq, regional, qlobal məsələlər, iqtisadiyyat və hərbi sənaye sahəsində xüsusi konkret təkliflərin olduğunu dedi. Bu rəsmi görüşdə eyni zamanda Çexiyanın böyük qrup iş adamları da iştirak edirdilər. Bu isə Azərbaycan-Çexiya Biznes Forumunda bir çox yeniliklər və lahiyələr barədə müzakirələr apararaq, ticarət, energetika, hərbi sənaye, təhsil , elmi tədqiqat və birgə istehsalat sahələrində böyük uğurlara imza atmağa gedən yoldur.

Müasir beynəlxalq münasibətlər arenasında dövlətlər arası qarşılıqlı əməkdaşlıq yalnız siyasi danışıqlarla deyil, eyni zamanda iqtisadi, enerji və strateji sahələri də geniş əhatə edir. Bu baxımdan iki dövlət arasında münasibətlərin daha da geniş inkişafı xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş arasında keçirilmiş rəsmi görüş dövlətlər arası əlaqələrin daha da genişlənməsinin və yeni uğurlara imza atılmasının göstəricisidir. Enerji sektoru iki dövlər arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu görüşdə enerji resurslarının nəqli, yeni lahiyələri və təhlükəsizliyi məsələləri xüsusi olaraq diqqət mərkəzində olmuşdur. Çexiya Respublikasında Azərbaycan neftinin ixracı daha çox üstünlük təşkil edərək, dövlətin enerji balansında xüsusi yer tutur. Azərbaycan dünya bazarında öz enerji resurslarını ixrac edən ən etibarlı ölkələrdəndir. Avropa İttifaqı bu faktı təsdiq edərək Azərbaycanı ən etibarlı tərəfdaş kimi elan edib. Respublikamız 16 ölkəyə qaz ixrac edir. Bu ölkələrdən 10 –u Avropa İttifaqının üzvüdür.

Azərbaycan- Çexiya münasibətlərində müdafiyə sənayesi də xüsusi yer tutur və bu sahədə uğurlu əməkdaşlıqlar davam edir. Hal hazırda Çexiya Respublikasından hərbi təyinatlı məhsullar alınır. Eyni zamanda bu sahədə dövlətlər arasında birgə istehsalla bağlı konkret danışıqlar aparılır. Gələcək zamanda iki dövlət arasında müştərək işlər görülərək bir çox uğura imza atılacaq.

Çexiya Respublikasının Baş naziri Andrey Babiş öz bəyanatında xüsusi olaraq, enerji sahəsi haqqında danışaraq , Azərbaycan Respublikasının Cexiyada ən böyük neft təchizatcısı olduğunu bildirdi. 42 % neft Azərbaycandan daxil olduğunu dedi. Azərbaycanla qaz təchizatında yeni uğurlu müqavilələr imzalayaraq, Cexiya Respublikasının ən önəmli strateji tərəfdaşı olmasını bildirdi.

Baş nazir Çexiya Respublikasının Azərbaycan Mertopoliteni ilə müqavilə imzalamaqlarının tərəfdarı olduğunu bildirərək, eyni zamanda iqtisadiyyat, elm və təhsil sahəsində Azərbaycan Universitetləri ilə sıx tərəfdaşlıq etməyi arzuladı.

Sonda Çexiya Respublikasının Baş Naziri Andrey Babiş səmimi və yüksək qonaqpərvərliyə görə və eyni zamanda bu görüşdə müzakirə edilən bütün aktual məsələlərdən məmnun qaldığını bildirərək, Cənab Prezidentimizə dərin təşəkkürünü bildirdi.

Bu görüş bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev Azərbaycanın bütün dünyada tanınmasına və uğurlu diplomatik görüşlərin keçirilməsinə geniş şərait yaradaraq, Azərbaycanın daha da çiçəklənib, inkişaf etməsi üçün əzmlə çalışır. Azərbaycan-Çexiya əlaqələrinin daha da möhkəmlənməsini və böyük uğurlara imza atmasını arzulayıram!

Mina Kərimova

Bakı Dövlət Universitetinin əməkdaşı

Digər xəbərlər