PDF Oxu

Siyasət

  • 791

Unudulmaz hünər sahibi -ŞƏRH

image

Birinci Qarabağ müharibəsində sinəsini canından artıq sevdiyi doğma Azərbaycana sipər edib şəhidlik zirvəsinə ucalan baş leytenant Mais Abbasov yaşasaydı, ömrünün 52-ci ilini yola salardı. Lənkəran elində doğulub boya-başa çatan Vətən sevdalısının adı indi el-obada hamı üçün əzizdir. Ölümsüzlüyə qovuşan qəhrəman ürəklərdə yaşamaqla həmişə ehtiramla xatırlanır. Növbəti ad günündə də lənkəranlılar tərəfindən uyduğu müqəddəs torpaq ziyarət olundu, məzarına təzə güllərdən çələng hörüldü.

Məlumat üçün bildirək ki, Lənkəran şəhərində Qurbanəli kişinin ailəsində dünyaya göz açan, ali təhsilli Mais Abbasov 1997-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhəri üzrə şöbəsində qeydiyyatdan keçib və Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. Cəbhə xəttində yerləşən "N" saylı hərbi hissələrin birində Vətənin keşiyində durub və hərbi hissənin tərkibində bir sıra hərbi əməliyyatlarda iştirak edib. Tağım komandiri vəzifəsinə kimi yüksəlib. Nümunəvi xidməti həmişə ona hörmət qazandırıb. Həddini aşmaq istəyən erməni dığalarına öz gücünü göstərməklə onları dəfələrlə susdura bilib. Bir qayda olaraq ürəyi Qarabağımızı azad görmək istəyi ilə döyünüb.

Mais Abbasov 22 sentyabr 1999-cu ildə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə yüksəlib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər