PDF Oxu

Siyasət

  • 770

Kitab və təhsil festivalı - FOTOLAR

image

30 aprel 2026-cı il tarixində Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş kitab və təhsil festivalı keçirilib. Müasir Azərbaycanın memarı Heydər Əliyevin kitaba, təhsil və ziyalılığı verdiyi yüksək dəyərin rəmzi kimi təşkil edilən festivala Astara pedaqoji Kollecinin bir qrup tələbə və müəllim heyəti qatılmaqla təhsil və mədəniyyət sahəsindəki fəaliyyətini yüksək səviyyədə göstərə biliblər. Belə ki, tədbir çərçivəsində astaralı pedaqoqlar müxtəlif sərgilərdə, təqdimatlarda və müzakirələrdə iştirak etməklə kitabın və mütaliənin əhəmiyyətini ön plana çıxarıblar. Həmçinin tədbir zamanı kollecin stendi ziyarətçilərdə xüsusi maraq yaradıb.

Tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Cavanşir Paşazadə, Məşhur Məmmədov, Türk dünyasının görkəmli şairi Rüstəm Behrudi, tanınmış alim Füzuli Bayat, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov çıxış edərək rayonun mədəni həyatında mütaliənin rolundan , klassik kitabın verdiyi biliyi və ruhu haqqında, kitab oxumağın gənc nəslin dövlətçilik ruhunda yetişməsinə xidmətindən, eləcə onların hüquqi və iqtisadi biliklərin artmasına, mənəvi inkişafına təsirindən genış söz açıblar.

Masallı meydanında qurulan 2 maya qədər davam edəcək festivalın ilk gündən çoxsaylı nəşriyyatların stendlərində oxuculara geniş çeşiddə kitablar xüsusi endirimlərlə təqdim olunur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər