“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının “minifutbol” idman növü üzrə yarışın final mərhələsi və silsilə idman yarışlarının bağlanış mərasimi baş tutub.
04.05.2026-cı il tarixində Bakı Dövlət Universitetinin futbol meydançasında baş tutan final oyunu və bağlanış mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əmkdaşları, komandaların idman klublarının rəhbərləri və yarış iştirakçıları iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Keçirilən silsilə idman yarışlarının qalibləri elan olunub, minifutbol üzrə müvafiq olaraq III, II və I yerlərə layiq görülmüş komandaların mükafatlandırma mərasimi baş tutub.
Sonda xatirə şəkilləri çəkdirilib.
Beləliklə Yasamal rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları başa çatdı. Qalib komandaları bir daha təbrik edirik.