Astara rayonu Aqşin Hüseynov adına Suparıbağ kənd tam orta ümumtəhsil məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı. Eləcə Cüdo Federasiyasının dəstəyi ilə Cüdo idman növünün inkişafına həsr olunmuş məktəblilərlə görüş baş tutub.
Azərbaycan Cüdo Federasiyasının Astara rayonu üzrə məşqçisi, Cüdo üzrə Beynəlxalq dərəcəli məşqçi, idman ustası, II dan Qara kəmər ustası Əkbər Gənciyev, Lənkəran-Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, məktəbin müəllimi tədbirdə çıxış edərək bildiriblər ki, ölkə başçısının tapşırığına uyğun olaraq ölkənin bütün regionlarında idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, gənc nəslin sağlam həyat tərzi və idmana yönləndirilməsi sahəsində mütəmadi olaraq işlər görülür. Cüdo zallarının istifadəyə verildiyi və qrupların yaradıldığı da buna yaxşı nümunədir. Ötən il Astara Olimpiya İdman Kompleksinin ərazisində cüdo zalının açılışı keçirildi. Cüdo zalları Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilər, soyunub-geyinmə otaqları və digər zəruri avadanlıqlarla təchiz edilmişdir.
Həmçinin tədbirdə gənclərə Cüdo idman növünün tarixi barədə və təlim qruplarına yazılmaqdan ötrü məlumatlar verilib, məktəblilərin sualları cavablandırılıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü