PDF Oxu

Siyasət

  • 466

Samux şəhidi Rüstəmov Pərviz Tufan oğlunun məzarı ziyarət olunub - FOTO

image

Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlunun məzarı doğum günündə ziyarət olunub.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Samux rayon təşkilatının əməkdaşları, şəhid ailələri və şəhidin yaxınları iştirak ediblər.
44 günlük Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlu 06 may 1992-ci il tarixində Samux şəhərində doğulmuş, ilk orta məktəb təhsilinə Samux şəhər 1 saylı məktəb-liseyində başlayıb, daha sonra təhsilini Gəncə şəhər 17 saylı tam orta məktəbində davam etdirib. 2018-ci ildən MAHHXHQ kimi xidmətə başlayıb.
Vətən müharibəsi zamanı bir çox döyüşlərdə iştirak etmiş və 15 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 30 oktyabr 2020-ci il tarixində Samux şəhərində dəfn edilib. Döyüşlərdə göstərdiyi mərdlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Digər xəbərlər