06.05.2026-cı il tarixdə Nəsirov Vüqar Hüseynağa oğlunun 60 illik yubileyi qeyd olunmuşdur.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında “Nizami küçəsi 4” (Kürdəmir şəhər T. İsmayılov adına 1 saylı tam orta məktəb) ərazi partiya təşkilatının sədri Nəsirov Vüqar Hüseynağa oğlunun 60 illik yubileyi münasibətilə görüş keçirilmişdir.
Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, işlərində yeni uğurlar və səadət dolu günlər arzulamışdır.
“Nizami küçəsi 4” ərazi partiya təşkilatının sədri Nəsirov Vüqar Hüseynağa oğluna partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 60 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.
Sonda çıxış edən “Nizami küçəsi 4” ərazi partiya təşkilatının sədri Vüqar Nəsirov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.