PDF Oxu

Siyasət

  • 558

Tərtərdə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi keçirilib - FOTOLAR

image

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi keçirilib.

YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş ümumtəhsil məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda çanlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının əməkdaşı Əli Paşayev, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Orxan Fəxrəddinov və Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova çıxış edərək məktəblilərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, müasir və qüdrətli dövlət quruculuğu istiqamətində Ulu Öndərin zəngin siyasi irsinin çox böyük əhəmiyyəti var.
Çıxışçılar bu istiqamətdə keçirilən müsabiqələrin məktəblilərin Ulu Öndərin həyat və fəaliyyətinə dair biliklərinin artırılması, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, eyni zamanda yaradıcı düşüncə və bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sərgidə 38 ümumtəhsil məktəbindən 52 şagirdin rəsm və əl işləri nümayiş olunub.
Müsabiqədə fərqlənən şagirdlər tədbirin təşkilatçıları tərəfindən təltif ediləcəklər.

Digər xəbərlər