PDF Oxu

Siyasət

  • 1 365

Moskva İrəvandakı iyun seçkilərini bəribaşdan uduzub...

image

Mətləb Salahov: “Çünki Vladimir Putin Ermənistanda Paşinyana qarşı alternativ və yeni real güc ortaya qoya bilməyi

“Ermənistanda yaxınlaşmaqda olan iyun seçkiləri bölgədə maraqları olan güclü dövlətləri və siyasi qüvvələri hərəkətə keçirib. Xüsusilə uzun əsrlərdir ki, Qafqazda böyük təsir sahibi sayılan Rusiyanın bu seçkilərə dönüş nöqtəsi kimi baxması əslində başadüşüləndir. 2019-cu ildən başlayaraq Nikol Paşinyan hakimiyyəti ilə açıq şəkildə düşmənçilik vəziyyətində olan Kreml, İrəvanda siyasi dəıyişiklik üçün var gücü ilə çalışsa da görünən odur ki, bu dəfə də istəyi alınmayacaq.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Vladimir Putin hazırda erməni cəmiyyətinin böyük dəstəyini qazanan və keçmiş rejimlərdən fərqli olaraq güclü sosial islahatlar reallaşdıran N.Paşinyana qarşı alternativ siyasi güc və ictimai rəy formalaşdıra bilməyib. “Onun keçmiş dostları və ya siyasi əlaltıları sayılan Robert Koçaryan və Serj Sarkisyan, habelə digər revanşist qruplaşmalar hazırda erməni cəmiyyəti üçün keçmişdə qalmış iyrənc xatirədən başqa heç bir məna daşımırlar. Milyarder Karapetyan isə ümumiyyətlə siyasət üçün naşı və ictimai dəstəyi olmayan bir şəxsdir. Moskva İyun seçkilərinə çox əvvəllərdən hazırlaşmalı idi, lakin görünən odur ki bu alınmayıb. Fakt budur.
Digər bir baxımdan hazırkı ABŞ prezidenti Donald Tramp da N.Paşinyan hakimiyyətini güclü şəkildə dəstəkləyir və bölgədə açılışı gözlənilən nəqliyyat-iqtisadi layihələri hazırkı hakimiyyətlə reallaşdırmaq qərarındadır. Bu isə N.Paşinyana güclü dəstək göstəricisidir. Üstəlik Qərb siyasi institutları da baş naziri dəstəkləyirlər ki bu da Rusiyanın Ermənistandakı mövqeləri üçün böyük təhlükə anonsudur”.

Afət Tahirqızı

Digər xəbərlər