14.05.2026-cı il tarixdə YAP Gədəbəy rayon Təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən Şəhidlərimiz- rayonun Novosaratovka kənd sakini Rzayev Hüseyn Aslan oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri düzüldü və ruhuna dualar oxundu.
Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!