Son illərdə Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlərə, konfranslara, idman yarışlarına, iqtisadi forumlara ev sahibliyi edib. Bu da ölkəmizdə hökm sürən yüksək sabitliyin, təhlükəsizliyinvə sosial-iqtisadi baxımından inkişafetməsindən irəli gəlir. Azərbaycanın inkişafı, qlobal güc mərkəzinə çevrilməsi beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin maraq dairəsindədir. Hər bir dövlət güclü Azərbaycanla əməkdaşlıq etməyə, əlaqələr qurmağa çalışır. Mayın 17-22 tarixlərini əhatə edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakı şəhərində keçirilməsi Azərbaycanınbeynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür. Sessiya “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış yerləri” mövzusuna həsr olunmuşdur. Qonaqların və mütəxəssislərin də qeyd etdiyi kimi, Bakı forumunun əvvəlkilərdən fərqli olaraq, siyasi seqment və inklüzivliyi ön plana çıxarması onun strateji önəmini nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, 2001-ci ildə BMT tərəfindən yaradılan Ümumdünya Şəhərsalma Forumunun (WUF) Koordinatoru Məskunlaşma Proqramıdır. 2 ildən bir təşkil olunan Forumlarda əsas məqsəd sürətli urbanizasiya nəticəsində yaranan qlobal problemlərin həlli yollarının birgə müzakirə edilməsindən ibarət olmuşdur.Bakı Forumu beynəlxalq təşkilatların rəsmi şəxslərini,dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, şəhərsalma üzrə mütəxəssisləri və ekspertləri bir araya gətirdi. Ümumilikdə Ümumdünya Şəhərsalma Forumunun işində 182 ölkədən 45 mindən artıq qonaq iştirak etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində demişdir: “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, il yarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar”.Prezident İlham Əliyev Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərlərininöz memarlığı ilə seçildiyini bildirdi. Qeyd etdi ki, bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.WUF13-un açılış mərasimində çıxış edən dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri, şəhərsalma üzrə ekspertlər Bakı şəhərinin gözəlliyinə məftun olduqlarını, ümumilikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafına heyran olduqlarını bildirdilər. BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti Nqa Kor Minq açılış mərasimindəki çıxışında, ilk növbədə, Azərbaycan dövlətinə və xalqına təşəkkürünü ifadə etdi. O, Bakını “qədim İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşən şəhər” kimi xarakterizə edərək forum iştirakçılarına göstərilən səmimi qonaqpərvərliyə və tədbirin keçirilməsinə görə minnətdarlığını bildirdi: “Bakı WUF13 günlərində dünyanın paytaxtına çevrilir”. Nqa Kor Minq Azərbaycan xalqına məxsus “Hər kəsin öz evi öz qibləsidir” ifadəsini xatırladaraq bunun şəhərsalma fəlsəfəsinin mərkəzində dayandığını bildirdi.Liderlər Sammitində çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Gürcüstanın Baş naziri İrakli Kobaxidze möhtəşəm qonaqpərvərliyə, Bakıda gözəl qəbula və unudulmaz bir tədbirə görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Vurğulandı ki, Xəzər dənizinin sahilində yerləşən bu mükəmməl ölkənin məhz urbanizasiya, şəhərsalma problemlərinin həllinə yönələn foruma ev sahibliyi etməyi də təsadüfi deyil. Eyni zamanda Liderlər Sammitində çıxış edən Keniya Prezidenti Uillyam Samoei Ruto, Bolqarıstan Prezidenti İliyana Yotova, Qazaxıstan Baş naziri Oljas Bektenov, Esvatini Kralı III Msvati, Mavriki Prezidenti Daramber Qoxul, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini, Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov, Kamboca Baş nazirinin müavini və torpaq idarəetmə, şəhərsalma və tikinti naziri Say Sam Al, Albaniya Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif və digərləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Çıxışlarda Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan geniş miqyaslı quruculuq, bərpa, tikinti işlərindən danışılmış və qeyd olunmuşdur ki, qısa müddət ərzində Azərbaycanın azad edilmiş ərazilərində bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib.2026-cı il mayın 18-dən öz işinə başlayan və mayın 22-ə qədər davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yadda qalan önəmli forumlardan olacaq. Çünki forum zamanı bir sıra əhəmiyyətli təkliflər, ideyalar irəli sürüldü, qərarlar qəbul edildi. Bu isə dünyada şəhəsalama və müasir urbanizasiya tendensiyalarının uğurla həyata keçirlməsinə mühüm töfhələr vermiş olacaqdır.
Eldar İbrahimov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor