PDF Oxu

Siyasət

  • 529

“Əbədi İstiqlal-108 il”

image

26 may 2026-cı il tarixdə YAP Şərur rayon təşkilatı 28 may Müstəqillik gününə həsr olunmuş “Əbədi İstiqlal-108 il” adlı tədbir keçirmişdir.
Tədbirdə Ulu öndər Heydər Əliyevin, Şəhidlərin və Cümhuriyyət qurucularının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev məruzə edərək bildirmişdir ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşmüşdür.Həmin dövrdə Azərbaycan xalqının deyil,bütövlükdə Şərq və müsəlman dünyasının ictimai-siyasi tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dəfə olaraq demokratik idarəetmə prinsipinə əsaslanan, hüquqi və dünyəvi dövlət modeli formalaşdırmış parlament respublikası idi. Bu dövlətin yaranması xalqın milli azadlıq ideyalarının,müasir dövlətçilik təfəkkürünün təzahürü kimi qiymətləndirilir.Lakin mürəkkəb beynəlxalq və regional siyasi şərait səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdir. Buna baxmayaraq, onun formalaşdırdığı Azərbaycan xalqının yaddaşında yaşamış və sonrakı dövrlərdə müstəqillik ideyasının əsas dayaqlarından birinə çevrilmişdir.Əmir Babayev həmçinin qeyd etmişdir ki, Dövlətçilik ənənələrinin inkişaf etdirilməsi Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji və siyasi irsini yüksək qiymətləndirərək müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında həmin prinsiplərə xüsusi önəm vermişdir. Onun siyasi fəaliyyətində hüquqi dövlət quruculuğu, dünyəvilik və demokratik prinsipləri əsas istiqamətlərdən biri olmuşdur.1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyin bərpasına nail olmuş, dövlət müstəqilliyini möhkəmləndirmiş və hüquqi dövlət quruculuğu yeni mərhələ qazandırmışdır.1995-ci ildə qəbul edilmiş Konstitusiyasımız demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərini rəsmən təsbit etmişdir. Sonra tədbirdə məruzə ətrafında Naxçıvan MR Ali Məclisinin deputatı Sevinc Həsənova,Dərəkənd tam orta məktəbinin müəllimi Mətləb Bayramov və İbadulla kənd ərazi partiya təşkilatının sədri Sərnaz Həsənova çıxış etmişlər.

Digər xəbərlər