PDF Oxu

Siyasət

  • 490

Müstəqilliyimiz qorunmaqla dövlətçiliyimiz inkişaf edir, daha da möhtəşəm olur

image

Astara Pedaqoji Kollecində “28 May— Müstəqillik Günü “ münasibətilə təşkil olunan bayram tədbirində əvvəlcə Azərbaycanın müstəqilliyinin qoruması, ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən qəhrəman Vətən övladlarının və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni səslənib.

Kollecin direktoru, filologiya elmlər doktoru Kamran Kazımov tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə təbrik etdikdən sonra deyib:- Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Ölkəmiz onun dühası və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tamamilə yeni, qüdrətli bir mərhələyə qədəm qoyub. Artıq neçə ildir ki, biz bu müqəddəs bayramı suverenliyi tam bərpa olunmuş, üçrəngli bayrağı Qarabağda və Şərqi Zəngəzurda əbədi dalğalanan bütöv bir Azərbaycanda keçirdirik . Dövlətimizin gücü, xalqımızın birliyi və vətənpərvər gənc nəslinin yetişməsi hər birimiz üçün böyük fəxr mənbəyidir. Gənclərin milli ruhda, dövlətə, Vətənə bağlı şəkildə formalaşmasında təhsil müəssisələrinin və müəllimlərin üzərinə mühüm məsuliyyət düşür. Sizlərin əməyi sayəsində savadlı, milli dəyərlərə bağlı, eləcə gələcəyə inamla baxan gənclər yetişir.
Çıxış edənlər— Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatı ictimai birliyi Astara rayon təşkilatının sədri, kollecin İctimai Şura sədri Rafiq Əliyev, Lənkəran Astara Regional Mədəniyyət Mərkəzinin Astara rayon üzrə nümayəndəsi Anar Kəkəyev bildiriblər ki, bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə deyən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübut edir bilib. Onun apardığı düzgün siyasətin nəticəsində xalqımız yeni-yeni müvəffəqiyyətlər qazanır, müstəqilliyimiz qorunmaqla dövlətçiliyimiz daha inkişaf edir, möhtəşəm olur.
Tədbirin bədii hissəsində rəngarəng musiqili proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb. Belə ki, Astara rayon Mədəniyyət Mərkəzinin solistləri Emil Tağıyevin, Rövşən Cabbarovun, Elvin Məlikovun ifa etdikləri nəğmələr könüllərə xoş ovqat gətirib.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər