PDF Oxu

Siyasət

  • 521

Binəqədi rayonunda bayram tədbiri keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə bayram tədbiri keçirilib.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının kollektivi və şəhid ailələri iştirak ediblər. Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Zəfərdən danışılıb, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.

Tədbir zamanı şəhid övladları müxtəlif əyləncəli atraksionlardan istifadə edərək əyləniblər, idman yarışlarında və oyunlarında iştirak ediblər.

Sonda şəhid övladlarına hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.

Şəhid ailələri onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid ailələri tədbirdən xoş təəssüratlarla ayrılıblar.

Digər xəbərlər