15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan xalqı üçün təkcə siyasi hadisə həm də sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, dövlətçiliyinin qorunmasının, sabitliyin bərpasının və ölkənin gələcək inkişafının əsasının qoyulduğu bir gündür. Azərbaycanın xilası və dövlətçiliyin dirçəlişi 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixində xalqın taleyini dəyişən, dövlət müstəqilliyini real təhlükədən xilas edən və ölkəni sabitlik və inkişaf yoluna çıxaran mühüm tarixi gündür. Bu gün Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi kimi qəbul olunur.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən ümummilli lider Heydər Əliyev xalqın ən çətin dövründə ölkənin xilası üçün siyasi məsuliyyəti üzərinə götürdü.
Müstəqilliyin ilk illərində Azərbaycan çox ağır vəziyyətlə üz-üzə qalmışdı. Siyasi böhran, idarəetmə zəifliyi, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü ölkəni çətin duruma salmışdı. Daxildə hakimiyyət uğrunda mübarizə və qeyri-sabitlik dövlətin dayaqlarını sarsıdırdı.
Ulu Öndər həmin dövrü belə xarakterizə edirdi:
“Azərbaycan böyük təhlükə qarşısında idi…”
Bu ağır şəraitdə xalqın yeganə ümidi təcrübəli dövlət xadimi Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və vətəndaş həmrəyliyinin yaradılması istiqamətində mühüm addımlar atdı.
Heydər Əliyev, Ali Sovetin Sədri seçilərkən etdiyi çıxışında bildirmişdi:
“Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm…”
1993-cü il 15 iyun tarixi ilə ölkədə yeni mərhələ başlandı. Dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, sabitlik bərpa olundu, idarəetmə sistemi formalaşdı və xalqda dövlətə inam yenidən gücləndi.
Bu proseslər nəticəsində qanunsuz silahlı qruplaşmaların fəaliyyəti dayandırıldı, siyasi islahatlara start verildi, çoxpartiyalı sistem formalaşdı, beynəlxalq əlaqələr inkişaf etməyə başladı və Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətləndi.
Bu gün Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qeyd olunur. Prezident İlham Əliyev də çıxışlarında bu tarixi hadisənin əhəmiyyətini vurğulayaraq bildirir:
“Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”
Ulu Öndərin siyasi kursu bu gün də uğurla davam etdirilir və Azərbaycan sabit, güclü, müasir dövlət kimi inkişaf edir.
Sevda Haqverdiyeva,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin mütəxəssisi YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri