Milli Məclisdə keçirilən növbədənkənar iclasda deputatlar 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıblar.SİA xəbər verir ki, iclas zamanı çıxış edən millət vəkilləri Milli Qurtuluş Gününün dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıblar.Qeyd olunub ki, 1993-cü ildə ölkədə yaranmış ağır siyasi və ictimai böhran şəraitində ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın sabitlik və inkişaf yoluna çıxmasında həlledici rol oynayıb.Deputatlar bildiriblər ki, bu gün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və əldə olunan uğurlar həmin strateji siyasi kursun davamıdır.Çıxışlarda Milli Qurtuluş Gününün xalqın birlik və həmrəyliyinin rəmzi olduğu xüsusi qeyd edilib. Müəllif: Günel Fərzəliyeva