PDF Oxu

Siyasət

  • 1 548

Qəhrəman Kamranın Nuranəsi - FOTOLAR

image

Astara elində Nuranə Fərəcovanı kiçik də, böyük də xeyirxah, müqəddəs və ali hisslərlə yaşayan nəcib insan, xalqını, Vətənini sevən Azərbaycan xanmı kimi tanıyır, ona dərin hörmət göstərirlər. Həm də ona burada:” Qəhrəman Kamranın Nuranəsi “-deyirlər. Kamran onun həyat yoldaşıdır. 44 günlük haqq savaşımızda son damla qanına qədər yağıya qarşı vuruşaraq öz şərəfli ölümü ilə tarix yazıb. Nurana xanım Kamrandan yadigar qalan iki qız uşağını onun adına layiq boya-başa çatdırır.

Zahiri və daxili gözəllik, sadəlik, mehribanlıq, humanizm, insanpərvərlik həyatına dəyər qatan Nurana Fərəcova Astara Pedaqoji Kollecində “Maliyyə-informatika və qida təhlükəsizliyi “ şöbəsinin müdiri vəzifəsində çalışır. Bu qürurlu xanım öz ömrünün mənasını xalqı üçün etdiyi xidməti ilə ölçür. Onun bacarığı, biliyi, işinə olan sonsuz məhəbbəti bir qayda olaraq təhsil ocağına uğur gətirir. Nuranə xanım xoşbəxt gələcəyimiz naminə qəlbinin odunu, hərarətini gənc nəslinin təlim-tərbiyəsinə həsr etməkdən sanki zövq alır.

Yüksək mənəviyyat sahibi olan, nəcib istəyini, niyyətini xalqın, dövlətin mənafeyi naminə yönəldən Nuranə Fərəcova Yeni Azərbaycan Partiyasının üzvü olmaqla səmərəli fəaliyyəti ilə ona göstərilən etimadı doğrulda bilir. Astara Pedaqoji Kolleci üzrə Ərazi Partiya təşkilatının sədr müavinidir. Təvazökarlığı, ziyalılığı, yüksək mədəniyyəti, iç dünyasından gələn insanları nəcib məqsədlərə yönəltmək mərami həmişə ona uğur qazandırır.

Nurana xanım şərəfli bir ziyalı ömrü yaşamaqla 50 yaşına çatdı. Bu münasibətlə onunla görüş keçirildi. Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun, aparat əməkdaşları və fəalların qatıldığı görüşdə yubilyarın ünvanına səmimi sözlər, təbriklər deyildi :- Hörmətli Nuranə xanım Fərəcova səmərəli fəaliyyətiniz və həyatınızın əlamətdar mərhələsi olan 50 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Şəhid ailəsi olaraq göstərdiyiniz dözümlülük, vətənpərvərlik və yüksək mənəvi dəyərlər hər zaman böyük hörmət və ehtiramla qarşılanır. Cəmiyyətimizdə və təhsil mühitində nümunəvi fəaliyyətiniz, insanlarla münasibətdə səmimiyyətiniz və məsuliyyətli mövqeyiniz Sizə dərin rəğbət qazandırıb. İnanırıq ki, bundan sonra da zəngin həyat təcrübəniz və peşəkarlığınızla təhsilimizin inkişafına öz dəyərli töhfələrinizi verməyə davam edəcəksiniz.

50 illik yubileyiniz mübarək olsun! Sizə möhkəm sağlamlıq, firavan həyat, iki qız övladınızın xoşbəxt böyüməsi və bütün arzularınızın həyata keçməsini diləyirik.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər