PDF Oxu

Siyasət

  • 1 127

Rusların 60%-dən çoxu müharibədən "yorulub"

image

Hökumətə yaxın bir mənbə qeyd edib ki, ruslar arasında "heç kim müharibə planının nə olduğunu həqiqətən başa düşmür". Məğlubiyyət əhval-ruhiyyəsi yoxdur; "insanlar təslim olmaq istəmir", - deyə Rusiya rəsmiləri iddia edirlər.

Qapalı sosioloji tədqiqatlar göstərir ki, rusların 60%-dən çoxu Ukrayna ilə müharibədən bezib. Bu barədə rusiyalı jurnalist Fəridə Rüstəmova tərəfindən yaradılan "Faridaily" layihəsi partiya daxilindəki mənbəyə və "Vahid Rusiya"nın ilkin seçkilərindən əvvəl keçirilən sorğuların nəticələri ilə tanış olan sosioloqa istinadən məlumat verib.

"Fokus qruplarında seçicilər açıq şəkildə deyirlər: Bizə həll yolu lazımdır. Müharibənin bu və ya digər şəkildə bitməsi üçün qərar gözləyirik. Daha çox zərbə vura bilirsinizsə, daha çox zərbə vurun. Başqa bir şey edə bilirsinizsə, edin", - deyə hesabatda Vahid Rusiya rəhbərliyindəki mənbə seçicilərin əhval-ruhiyyəsini təsvir edib.

Elitalar arasında da yorğunluq hissi hökm sürür.

"Hamı müharibədən bezib. Heç nə baş vermir. Heç bir irəliləyiş yoxdur, heç bir irəliləyiş yoxdur, heç bir irəliləyiş yoxdur", - deyə Rusiya rəsmisi bildirib.

O, əlavə edib ki, guya məğlubiyyət əhval-ruhiyyəsi yoxdur.

"İnsanlar təslim olmaq istəmirlər. Bu, daha çox patrona (Putinə - red.) bir tələb kimidir: 'Siz həmişə problemləri necə həll edəcəyinizi bilmisiniz. Gedin bunu həll edin'", - deyə Rusiya rəsmisi iddia edib.

Hökumətə yaxın ikinci mənbə qeyd edib ki, "heç kim müharibə planının nə olduğunu həqiqətən başa düşmür".

Məlum olduğu kimi, 18 iyun gecəsi Ukrayna hərbi qüvvələri Moskva Neft Emalı Zavoduna bir həftə ərzində ikinci dəfə zərbə endirib.

Digər xəbərlər