Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva və təşkilatın əməkdaşları Qıvraq qəsəbədə Qaraheybət aviasiya poliqonunda helikopter qəzası zamanı şəhidlik zirvəsinə ucalmış Əhmədov Elbrus Səmrəddin oğlunun ailəsini ziyarət ediblər. YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva 70 illik yubileyi münasibətilə şəhid Əhmədov Elbrus Səmrəddin oğlunun anası Əhmədova Nisəxanım İbad qızını təbrik edərək ona ən xoş arzularını çatdırıb. Daha sonra YAP Kəngərli rayon təşkilatı tərəfindən alınan hədiyyə yubliyara təqdim olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.