PDF Oxu

Siyasət

  • 1 033

"Zəfər yazan ordunun .anlı yolu" - FOTOLAR

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında 26 İyun – “Silahlı Qüvvələr Günü” münasibətilə "Zəfər Yazan Ordunun Şanlı Yolu" adlı tədbir keçirilmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Göyçay rayon təşkilatının sədri Sahib Şükürov iştirakçıları 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək, bu əlamətdar günün Azərbaycan dövlətçiliyi və xalqımız üçün mühüm əhəmiyyət daşıdığını bildirib. S.Şükürov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib və Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Daha sonra çıxış edən partiya veteranı Eldəniz Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, Göyçay şəhər 1 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Zəfər Əliyev, Vətən müharibəsi iştirakçıları Bayram Vəliyev, Famil Nəsirov, Samir Süleymanov və başqaları Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətindən və bu siyasətin bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.

Sonda Vətən müharibəsi iştirakçılarına, habelə “Şahin” hərbi - idman oyunlarının qalibi, Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta məktəbin komandasının kapitanı Şahlar Məmmədov və onun müəllimi Zəfər Əliyevə Fəxri fərman və hədiyyələr təqdim edilib.

Digər xəbərlər