PDF Oxu

Siyasət

  • 560

Sabunçu rayonunda şəhidlərin anım tədbirləri keçirilib

image

Şəhid Qeybəliyev Elvin Ağalar oğlu və Zahirov Nazim Həmzə oğlunun doğum günləri münasibətilə məzarları ziyarət olunub.

İlk öncə şəhid Qeybəliyev Elvin Ağalar oğlunun Hərbi Memorial Kompleksdə məzarı ziyarət edilib, əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub.

Daha sonra şəhid Zahirov Nazim Həmzə oğlunun Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Ramana bələdiyyəsinin sədri Çingiz Məmmədov və şəhidin ailə üzvləri iştirak ediblər.
Elvin Qeybəliyev Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində anadan olmuşdur. Həmin qəsəbədə yerləşən 188 saylı tam orta ümumtəhsil məktəbdə oxumuş, daha sonra təhsilini Cəmşid Naxçivanski adına Hərbi Liseydə davam etdirmişdir. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, "Kapitan" hərbi rütbəsinə qədər yüksəlmişdir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Qeybəliyev Elvin Ağalar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qeybəliyev Elvin Ağalar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Nazim Zahirov Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. Orta təhsilini 2007-2018-ci illərdə 310 saylı tam orta ümumtəhsil məktəbdə almışdır. 2018-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə daxil olmuşdur. 2019-cu ildə liseyi bitirmiş, həmin ildə hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Nazim Zahirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Nazim Zahirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Digər xəbərlər