PDF Oxu

Siyasət

  • 709

Kənd təsərrüfatın inkişafı günün real tələbidir - FOTO

image

Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasında mayın 25-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsində qaldırılan məsələlərdən irəli gələn vəzifələrin, eləcə də strateji hədəflərin icrasına həsr edilən müşavirə təşkil olunub.
Rayon rəsmilərin, yerli sahibkarların iştirak etdikləri müşavirədə bildirilib ki, dövlət başçısının proqram əhəmiyyətli çıxışı bütün dövlət qurumları, o cümlədən yerli icra hakimiyyətləri qarşısında aqrar sahənin inkişafı ilə bağlı mühüm vəzifələr qoyur. Belə ki, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi, sözügedən Dövlət Proqramlarında aydın şəkildə göstərilən hədəflərə nail olunması üçün mütərəqqi texnologiyaların tətbiqinin, iri çəltik, çay və sitrus təsərrüfatlarının yaradılmasının, istifadəsiz qalan əkinə yararlı torpaq sahələrinin əkinə cəlbinin, habelə sudan səmərəli istifadənin, yeni suvarma mənbələrinin yaradılmasının vacibliyini tələb edir.
Həmçinin lənkəranlı fermerlər dövlət başçısının kənd təsərrüfatı ilə bağlı ölkə səviyyəsində qoyulan hədəflərə çatmaqdan ötrü bütün potensial imkanlarını ortaya çıxarıb və cənab Prezidentin çağırışına lənkəranlıların hər zaman olduğu kimi səs verəcəklərini deyiblər.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər