PDF Oxu

Siyasət

  • 759

Azərbaycanı zirvələrə aparan Heydər Əliyev ideyaları

image

Müstəqil Azərbaycanın qurucusu və memarı, canından artıq sevdiyi xalqının tarixində şanlı səhifələr acan Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini, təkrarsız zəkasını, zəngin dövlətçilik təcrübəsini astaralılar həmişə böyük ehtiramla xatırlayır və bu dahi şəxsiyyətinin ideyalarına tapınıb parlaq gələcəyə inamla addımlayırlar. Həmçinin rayonun müəssisələrində, təşkilatlarında, mədəni-maarif ocaqlarında Ümummilli Liderin adı ilə bağlı vaxtaşırı müxtəlif səpkili tədbirlər təşkil olunur. Növbəti belə tədbir Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı Astara şəhəri, Nizami Gəncəvi küçəsi, 38 ünvanı üzrə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Regional Filialının Astara Rayon Qəbul Şöbəsi) ərazi partiya təşkilatında baş tutdu.
“Azərbaycanı zirvələrə aparan Heydər Əliyev ideyaları” mövzusunda keçirilən dəyirmi masada əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən Vətən şəhidlərin əziz xatirəsi anıldı.
Dəyirmi masada çıxışlar zamanı bildirildi ki, Heydər Əliyev ideyalarının əsas mahiyyəti müstəqil dövlətçiliyin qorunması, milli birliyin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqeyinin təmin olunmasından ibarətdir. Məhz onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərqərar edilmiş, eləcə demokratik dövlət quruculuğunun əsasları uğurla formalaşdırılmışdır.
Natiqlər onu da qeyd etdilər ki, milyonların qəlbində yaşayan, şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı üçün layiqli örnək olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Belə ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, iqtisadi, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər əldə olunubdur. Qazanılan bütün uğurlar isə Heydər Əliyevin dövlətçilik məktəbinin və uzaqgörən siyasi kursunun müasir dövrdə də öz aktuallığını tam qoruduğunu bir daha aydın şəkildə göstərir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər