PDF Oxu

Siyasət

  • 622

Ulu Öndər Heydər Əliyev və Azərbaycan

image

Astara rayon Heydər Əliyev Mərkəzində 14 İyul Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 57 illiyi ilə əlaqədar “ Ulu Öndər Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir və sərgi təşkil olunub.
Astara rayon Uşaq - Gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdlərin qatıldığı tədbirdə
Mərkəzin direktoru Kübra Səmədova geniş məruzə edib:” Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdir. Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək, inkişaf tempinə görə ən geridə qalmış respublika kimi tanınırdısa, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı”.
Natiq onu da çıxışına əlavə edib ki, bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır. Mövzu ətrafında digər çıxışlar da dinlənilib, video-çarx nümayiş olunub.
Yekunda isə tədbir iştirakçıları Astara rayon Uşaq - Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər