PDF Oxu

Siyasət

  • 530

“Ömrünü xalqına həsr etmiş lider” - FOTOLAR

image

14 iyul 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı 14 iyul 1969-cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə bağlı “Ömrünü Xalqına Həsr etmiş Lider” adlı tədbir keçirmişdir.Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin, Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Sonra tədbiri giriş nitqi ilə açan Əmir Babayev bildirmişdir ki, Azərbaycan xalqının taleyində mühüm yer tutan tarixi hadisələrdən biri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır. Bu qayıdış ölkəmizin müstəqilliyinin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və Azərbaycanın gələcək inkişaf yolunun müəyyən edilməsində müstəsna rol oynamışdır.1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ilk illərdə çox ağır sınaqlarla üzləşmişdi. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, iqtisadi vəziyyət getdikcə ağırlaşır, idarəetmədə ciddi problemlər yaşanırdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, cəbhədə uğursuzluqlar baş verir, ölkə daxilində isə vətəndaş qarşıdurması təhlükəsi yaranırdı. Azərbaycan dövlətçiliyi faktiki olaraq ciddi təhlükə ilə üz-üzə qalmışdı.Belə bir mürəkkəb və taleyüklü məqamda xalq öz xilaskarına üz tutdu. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarix xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edən dönüş nöqtəsi oldu.Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində ölkədə sabitlik təmin edildi, qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı, dövlət idarəçiliyi gücləndirildi və vətəndaş həmrəyliyi bərpa olundu. Dövlətçiliyin əsasları möhkəmləndirildi, Azərbaycanın müstəqilliyinin dönməz xarakter alması üçün mühüm addımlar atıldı.Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm işlər görüldü. Ölkəmizin beynəlxalq əlaqələri genişləndirildi, Azərbaycan dünyanın nüfuzlu təşkilatlarında layiqli yer tutmağa başladı.Heydər Əliyevin iqtisadi siyasəti də Azərbaycanın inkişafında mühüm rol oynadı. Xüsusilə neft strategiyasının həyata keçirilməsi və xarici investisiyaların ölkəyə cəlb olunması iqtisadi dirçəlişə təkan verdi. Azərbaycanın zəngin enerji resurslarının dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi qüdrətini artırdı və gələcək inkişaf üçün möhkəm zəmin yaratdı.Ulu Öndər Heydər Əliyev yalnız dövlət qurucusu deyil, həm də milli birliyin və azərbaycançılıq ideologiyasının banisi kimi xalqımızın yaddaşında yaşayır. Onun müəyyən etdiyi inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi inkişafı, güclü ordunun formalaşdırılması və əldə olunan tarixi qələbələr məhz Heydər Əliyev siyasi irsinin uğurlu davamının nəticəsidir.Bu gün biz qürur hissi ilə deyə bilərik ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Onun hakimiyyətə qayıdışı ölkəmizin qorunmasına, sabitliyinə, tərəqqisinə və davamlı inkişafına xidmət etmiş, Azərbaycan xalqının gələcəyini müəyyənləşdirmişdir.Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onun zəngin dövlətçilik irsi gələcək nəsillər üçün örnək olacaqdır.Tədbirdə daha sonra məruzə ətrafında YAP veteran üzvü Musa Şirəliyev, Şərur rayon Kitabxana ərazi partiya təşkilatının sədri Elnarə Vəlibəyli və YAP Şərur rayon təşkilatının məsləhətçisi Nicat İbrahimov çıxış etmişlər.Çıxışlardan sonra yeni partiya üzvlərinə vəsiqələr təqdim olunmuşdur.İctimai- siyasi işlərdə Fərqlənən partiya üzvlərinə hədiyyə və fəxri fərmanlar verilmişdir.

Digər xəbərlər