PDF Oxu

Siyasət

  • 985

Azərbaycan qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarıdır - ŞƏRH

image

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib, Forum iştirakçılarının suallarını cavablandırıb.Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilib. Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır. Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdi. Prezident İlham Əliyev çıxışında bizim rolumuz hər zaman konstruktiv və nəticəyönümlü olmuş, gərginliyin azaldılmasına hesablanmışdır. Azərbaycanın rolu hər zaman yüksək qiymətləndirilib. Biz müxtəlif dövrlərdə müxtəlif aktorların iştirakı ilə vacib rol oynamışıq. Yeri gəlmişkən, biz bu imkanlarımızı Qoşulmama Hərəkatına sədrliyimiz dövründə nümayiş etdirdik. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının üzvləri həm də Qoşulmama Hərəkatının üzvləridir. 120 ölkəni birləşdirən Hərəkat Azərbaycanın sədrliyini tam dəstəklədi. Biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçildik. Üstəlik, sədrliyimizin müddəti də bütün ölkələrin yekdil qərarı ilə daha bir il uzadıldı. Bu, bir-birindən uzaq mövqelərdə dayanan tərəfləri yaxınlaşdırmaq istiqamətində oynadığımız müsbət rolun yüksək qiymətləndirilməsinin bariz nümunəsi idi. Məhz bu potensial COP29-a sədrliyimiz dövründə mühüm qərarların razılaşdırılmasında da bizə böyük dəstək oldu. Bu, daha mürəkkəb bir proses idi. Çünki tamamilə fərqli baxışlar, ziddiyyətli mövqelər və ciddi fikir ayrılıqları mövcud idi. Lakin buna baxmayaraq, biz buna nail olduq.Dövlət başçısının səsləndirdiyi mesajlar yalnız forum iştirakçılarına deyil, bütün dünya ictimaiyyətinə ünvanlanmış mühüm siyasi və strateji çağırış idi. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan həqiqətin, ədalətin, beynəlxalq hüququn və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarıdır. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər ölkəmizin artan beynəlxalq nüfuzunu, güclü liderliyini və regionun gələcəyinin məhz əməkdaşlıq, inkişaf və sülh üzərində qurulması istiqamətində qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.

Nicat Cəfərov,

Neftçala Rayon Təhsil sektorunun müdiri, YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər