PDF Oxu

Siyasət

  • 1 586

Güclənən dostluq əlaqələri və strateji tərəfdaşlıq - ŞƏRH

image

Tarixlər sadəcə təqvimlərdəki rəqəmlərlə deyil, həmçinində mühüm qərarların verildiyi gün və strateji addımların atıldığı məkanlarla yazılır.İyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı adlandırılan həmdə Qarabağımızın tacı olan Şuşa şəhərimiz növbəti dəfə qlobal və beynəlxalq diplomatiyanın mərkəzinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Şuşada qarşılanması və burada keçirilən yüksək səviyyəli iriçaplı görüşlər, sadəcə iki dövlət arasındakı münasibətlərin deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti təzahürüdür.
Bu görüşün məhz rəsmi Bakıda deyil, işğaldan azad olunmuş və bu gün yenidən qurulan Şuşamızda keçirilməsi olduqca mühüm rəmzi mənaya malikdir. Slovakiya Prezidenti Peter Pelleqrininin də mətbuata bəyanatında xüsusi vurğuladığı kimi, rəsmi görüşlərin Şuşada təşkil edilməsi onlara Qarabağın azad olunmasından sonra keçən qısa müddət ərzində bərpa və yenidənqurma işlərinin necə sürətlə getdiyini öz gözləri ilə görməyə imkan verdi.
Strateji Tərəfdaşlığımızda Şuşa səhifəsi olduqca mühüm nüanslara malikdir.
Prezidentimiz Cənab İlham Əliyev öz bəyanatında iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyəyə çatdığını xüsusi qeyd etdi. Bununla yanaşı ötən il imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" bu münasibətlərimizin təməl daşıdır və Şuşada baş tutan həmin bu müzakirələr həmçinin tərəfdaşlığımızın sadəcə sənədlərdə deyil, real layihələrlə həyatda mövcud olduğunu bir daha sübuta yetirdi.
Mənim diqqətimi çəkən və düşünürəm ki, hər birimizi qürurlandıran ən vacib məqamlardan biri Slovakiyanın Qarabağın bərpası prosesində fəal şəkildə iştirak etməsidir. Hazırda Ağdamın Baş Qərvənd kəndində slovakiyalı mütəxəssislər tərəfindən həyata keçirilən "ağıllı kənd" layihəsi və burada təməli qoyulan məktəb binası iki ölkə arasındakı səmimi dostluğun və etibarlı tərəfdaşlığın ən gözəl simvollarından biridir. Slovakiyanın bu prosesdə iştirakı həm də digər Avropa ölkələri üçün gözəl bir nümunədir.
Prezidentimi İlham Əliyevin bəyanatından önəmli bir mesajı bildirmək istərdim:
"Qarabağın yenidən qurulması hökumətimizin əsas prioritetlərindən biridir.
Təbii ki tarixi yaddaş və mədəni irsə hörmət burada mühüm rol oynayır.
Səfər çərçivəsində dövlət başçılarının Şuşada işğal dövründə güllələnmiş dahi şəxsiyyətlərimiz – Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstlərini ziyarət etməsi xüsusilə emosional və vacib məqam idi. Bu büstlər Şuşanın məruz qaldığı vandallığın və eyni zamanda, Azərbaycan xalqının əyilməz iradəsinin simvoludur. Slovakiya Prezidentinin bu büstləri ziyarət etməsi, Azərbaycanın mədəni irsinə və tarixi həqiqətlərinə göstərilən dərin hörmətin göstəricisidir. Slovakiya Prezidenti Peter Pelleqrini bəyanatında çox maraqlı bir fikrə toxundu: "Bizim münasibətlərimiz boş sözlərdən ibarət deyil, onlar konkret layihələrə əsaslanır." Həqiqətən də, energetika, investisiya yatırımları, infrastruktur və texnologiya sahəsində qurulan əlaqələr bu tərəfdaşlığın nə dərəcədə praqmatik olduğunu göstərir. Eyni zamanda, Slovakiyanın ölkəmizdəki səfirliyinin NATO-nun əlaqələndirici ofisi funksiyasını yerinə yetirəcəyi barədə xəbər də iki ölkə arasındakı hərbi-siyasi etimadın yüksək göstəricisidir.
Nəticə olaraq bunu bildirmək istərdim ki,Dövlət başçımız Cənab
Prezident İlham Əliyevin Şuşada verdiyi bəyanatlar bir daha təsdiq edir ki, Azərbaycan regional lider olmaqla bərabər,həmdə Avropanın etibarlı tərəfdaşıdır. Şuşadan dünyaya verilən bu sülh, tərəfdaşlıq və inkişaf mesajları çağırışı ölkəmizin regionda yaratdığı yeni reallıqların beynəlxalq birlik tərəfindən tam qəbul edildiyini bir daha göstərir. Slovakiya ilə qurulan bu səmimi və konkret layihələrə söykənən dostluq köprüləri isə gələcəkdə daha böyük uğurlara imza atacağımızın carçısıdır.

Elgün Rüstəmli

YAP Yasamal Rayon Təşkilatının gənc fəalı

Digər xəbərlər