Dağlar diyarı Yardımlıda Zərifə Əliyeva adına şəhər 1 saylı uşaq bağçasının kollektivi Yardımlı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib.
Ekskursiya zamanı balacalar müstəqil Azərbaycanın yaradıcısı, Türk xalqların böyük oğlu, görkəmli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərini əks etdirən eksponatlar, Mərkəzdə mövcud olan sərgilər və kitab fondu ilə yaxından tanış olublar. Bu da balacaların uşaqlıq dünyasında öz yurduna sonsuz məhəbbət, sevgi hisslərini oyadıb.
Həmçinin balaca fidanların vətənpərvərlik ruhda böyüməsi məqsədilə onlara şanlı qələbəmizlə bitən 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib tarix yazan şəhidlərinin foto guşəsi, qəhrəman oğul və qızların şərəfli həyat, eləcə də fədakar döyüş yolundan bəhs edən kitablar yaş xüsusiyyətlərinə uyğun şəkildə təqdim olunub.
Balacalarda böyük maraq doğuran “Ulu öndər Heydər Əliyev uşaqların dünyasında”
ekskursiyanın sonunda xatirə şəkli çəkdirilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü