Dünya siyasətində reallıqlara uyğun yeni dəyişiliklər baş verməkdədir. Artıq son illərə qədər özlərini dünyanın əsas güc mərkəzləri olaraq təqdim etməyə çalışan dövlət zəifləyib və axsayan, sürünən ölkələrə çevriliblər. Səbəbi də onların yanlış siyasət aparmaları və bunun nəticəsində, iqtisadi, hərbi və digər sahələr üzrə tənəzzül etmələridir. Fransa, Almaniya, Rusiya kimi dövlətlər daha acınacaqlı və faciəvi bir dövr yaşadıqlarını söyləmək olar. Hətta bu kimi dövlətlərin parçalanaraq dövlətçiliklərini itirmək təhlükəsi ilə üzləşə biləcəkləri proqnozları irəli sürülür. Azərbaycan, Türkiyə, Pakistan kimi dövlətlər isə dünya siyasətində yerlərini daha da möhkəmləndirir, iqtisadi, hərbi qüdrətlərini bir qədər də artırırlar. Xüsusilə də, Azərbaycan bəşəriyyətin ən aparıcı dövlətləri sırasında ön sıralarda qərarlaşır. Aparılan düzgün və müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sitemində rolu və nüfuzu durmadan artmaqdadır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi müstəqil daxili və xarici siyasət nəticəsində ölkəmiz misilsiz inkişaf yolu keçərək beynəlxalq аləmdə böyük nüfuz qazanıb. Azərbaycan dünyanın əksər dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsas da bərabər və qarşılıqlı faydalı münasibətlər qurub. Bu əlaqələr hər iki tərəfə xeyir gətirməklə yanaşı, beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verməkdədir.
Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən də Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra nüfuzlu təşkilatların üzvüdür. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biri, fəal üzvüdür. 2019-cu ildən 2023- cü ilə qədər Azərbaycan Qoşulmama hərəkatına sədrlik etmişdir. Azərbaycan 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Qoşulmama Hərəkatının 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər uzadılmışdır. Digər beynəlxalq təşkilatlarda Azərbaycan geniş və əhatəli əməkdaşlıq münasibətlərinə malikdir.
Qazanılan zəfərlərin dünya ölkələri, beynəlxalq təşkilatlara tərəfindən qəbul edilməsi ölkəmizin gücünə yeni güc qatıb. Artıq 44 günülük Vətən Müharibəsində yazılan hərbi zəfər regionda sülh gündəliyinin imzalanması ilə davam etdirilir. Yəni Azərbaycan həm hərbi qələbənin, həm də sülh gündəliyinin müəllifi olmaqdadır. Prezident İlham Əliyev həm müharibədə, həm də sülhdə qələbə qazandı. Azərbaycanla Ermənistan arasında ABŞ-da sülh müqaviləsinin paraflanması uzun bir prosesin məntiqi nəticəsi olmuş, Ermənistan sülhə məcbur edilmiş və paraflanma ABŞ-ın vasitəçiliyi ilə baş tutmuşdur. Azərbaycan sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Ermənistan hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, bu, belə deyil. 2020-ci ildən əvvəl Ermənistanın işğalı genişləndirmək planları, müharibə dövründə Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması, 44 günlük müharibədən sonra Ermənistanın revanşist planları, 2023-cü ildə antiterror əməliyyatından sonra Paşinyanın reallıqları anlaması və sülhə məcbur edilməsi. Ermənistan heç də özünü təqdim etdiyi kimi sülh tərəfdarı olmayıb, məhz Prezident İlham Əliyevin ardıcıl siyasəti, Azərbaycanın gücü Ermənistanı sülhə məcbur edib. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də sülhün müəllifidir. İkinci dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqləndi. Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından cəmi iki il sonra Ermənistanı sülhə məcbur etdi. 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi və müharibədə qalib olan dövlət başımızın sülhdə də qələbəsidir. Heç şübhə yeri yoxdur ki, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Buna əminlik yaradan isə ABŞ-Azərbaycan əlaqələrinin ən yüksək nöqtəyə çatmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a səfəri ABŞ-Azərbaycan əlaqələrinin transformaiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında tarixi əhəmiyyətə malikdir. Əldə olunmuş uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir. Dövlət başçısı bütün məsələlərdə Azərbaycanın maraqlarını öndə tutmuş, ardıcıl siyasət yürütmüş və heç nə onu prinsipial mövqeyindən geri döndərə bilməmişdir. Avqustun 8-də Nikol Paşinyan dövlətimizin başçısı İlham Əliyevə zəng edib, liderlər Azərbaycanla Ermənistan arasındakı sülh gündəmi ilə bərabər iqtisadi-ticari əlaqələr üzrə prosesləri müzakirə ediblər. Bu xüsusda tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.
Həmin gün Prezident İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. Azərbaycan və ABŞ liderləri TRIPP layihəsini regional bağlantıların vacib parametri kimi müzakirə ediblər. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub. Dövlətimizin başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib. Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Əlaqələrin dinamik inkişafı hər iki dövlətin maraqlarının təmin olunmasına, xalqlarının yaşayış şəraitlərinin yaxşılaşmasına xidmət edir. Səbəbsiz yerə deyil ki, Vaşinqton görüşündən sonra ABŞ-Azərbaycan arasında enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika layihələri, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri üzrə dialoq daha intensiv xarakter alıb. Eyni zamanda tarixi Vaşinqton sammitindən sonra Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılaşma əldə olunub. “907-ci düzəliş”in dondurulması ilə bağlı qərar qəbul edilməsi, TRİPP layihəsi haqqında razılaşma və Zəngəzur dəhlizinin həyata vəsiqə qazanması, ABŞ-ın vitse-prezidenti Vensin Azərbaycana səfəri və xartiyanın imzalanması hər iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Halbuki, son illərə qədər, xüsusilə də Bayden Administrasiyası dövründə ABŞ-ın Azərbaycan ürəkaçan deyildi. Hətta bəzi hallarda Beyden hakimiyyəti Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir, ədalətsiz qərarların qəbul edilməsinə imkanlar yaradırdı. Səbəbi də, rejimin ermənipərəst dairələrin əlində alət olmaları idi. Bayden senator olanda belə Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuş, prezident seçildikdən sonra isə onun administrasiyasının regionla bağlı baxışı parçalanma, münaqişələr, qarşıdurmalar çərçivəsində qurulmuşdur. Uzun dövr ərzində Cənubi Qafqazda ədalətə və sülhə nail olunmamasının əsas səbəblərindən biri də məhz bu amildən qaynaqlanmışdır. Bayden Administrasiyası Azərbaycanın regionda aparıcı dövlət olmasını, onun potensialını düzgün qiymətləndirməmiş və ardıcıl şəkildə Azərbaycanla əlaqələri pozmaq xəttini inkişaf etdirmişdir. Lakin Bayden tarixin arxivinə göndərilib, Donald Tramp Prezident seçildikdən sonra ABŞ-ın xarici siyasətində köklü dəyişikliklərə rəvac vermiş, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünyada sülh, barış yolunu tutmuş və dünya ölkələri ilə münasibətləırində də məhz bu amili əsas götürmüşdür. Bayden administrasiyasından fərqli olaraq Preizdent Tramp daha rasional, zamanın tələblərinə uyğun siyasət yürütmüş, bunun tərkib hissəsi kimi ölkəsinin Azərbaycanla əlaqələrini yenidən qiymətləndirmiş, Azərbaycanla əlaqələrinin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürmüş və həyata keçirməyə başlamışdır. Buna görə də ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması bir birini tamamlayır və vahid bir prosesin tərkib hissələri kimi qiymətləndirilir.
Bir sözlə, Azərbaycan Prezidenti, fateh Sərkərdə İlham Əliyev 44 günlük Vətən Müharibəsinin qalib olaraq və Ermənistanı sülhə məcbur edərək yeni reallıq yaratdı. Bugünkü sülh, təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, konstitusion islahatlara razı olması və bu istiqamətdə iş aparılması bunun nəticəsidir. Regionda yaranan yeni reallıqlar Azərbaycanın iradəsi ilə baş tutur. Buna görə, region dövlətləri və xalqları birmənalı olaraq Azərbaycan xalqına, Onun Lideri, Prezidentimiz İlham Əliyevə minnətdar olmalıdır.
İ..ƏLİYEV