Prezidentimiz İlham Əliyevin 11 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasına reallaşdırdığı növbəti səfəri və bununla yanaşı səfər çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) verdiyi geniş müsahibədə bir sıra nüanslara və aktual mövzulara toxunuldu.Bu səfərdə dövlətimizin apardığı güclü siyasət bir daha öz sözünü dedi.Azərbaycan dövlətinin geosiyasi çəkisini və regional liderliyini növbəti dəfə nümayiş etdirdi. Müasir Azərbaycanımızın həm iqtisadi həm də hərbi qüdrətinin təzahürü olan bu vizit, Muxtar Respublikanın sadəcə təhlükəsizliklə bağlı məsələlərini deyil, eyni zamanda Beynəlxalq Nəqliyyat Və Enerji Dəhlizlərinin mərkəzinə çevrilməsi strategiyasının birbaşa təsdiqidir.
Dövlət başçımızın müsahibəsində Naxçıvanın, Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası əsasında idarə olunduğunu birdaha vurğuladı. Xüsusi Prezident Nümayəndəliyi institutunun səmərəli fəaliyyəti,inkişaf etməsi, Naxçıvan Sənaye Parkının təməlinin qoyulması və şəhərsalma layihələri muxtar respublikanın iqtisadi müstəqilliyini daha da möhkəmləndirir və inkişafların sayını artırır. Dövlətimiz enerji Müstəqilliyindən İxracatçı Strategiyaya doğru böyük məsafələr qət edərək uğurla addımlayır.Naxçıvanın qazlaşdırılmasının 100%-ə çatdırılması və bununla yanaşı mövcud elektrik generasiyasının tələbatı tam ödəməsi fonunda, hədəf artıq böyük həcmdə elektrik enerjisi ixracıdır.Həmçinin Günəş və su elektrik stansiyaları sayəsində Naxçıvanın "yaşıl enerji zone" konsepsiyası çərçivəsində 500-1000 meqavatlıq bərpaolunan enerji potensialı işə salınır.
Təbii ki bu məsələdə ən əsas məqamlardan biri də Zəngəzur Dəhlizi və Şərq-Qərb Loqistikasıdır Cənab Prezidentimiz İlham Əliyev Zəngəzur dəhlizinin təkcə avtomobil və dəmir yolu deyil,həmdə fiber-optik xətlər və enerji kommunikasiyalarını özündə birləşdirən transmilli layihə olduğunu bildirdi.Naxçıvan ərazisində 194 kilometrlik yeni dəmir yolu xəttinin çəkilişi regionun buraxılış qabiliyyətini 15 milyon tona çatdıracaq.Bu proses də ölkəmizdə gedən logistika inkişafına öz böyük töhfəsini verəcək.
Dövlətimizin yürütdüyü Milli İrs və Qüdrətli Azərbaycan Məfkurəsi siyasəti Azərbaycanın dayanmadan inkişafının göstəricisidir. Dövlət başçımızın Naxçıvanda Döyüş Bayraqlarının təqdim edilməsi mərasimində iştirakı, eyni zamanda Ümummilli Liderimiz Ulu Öndər Heydər Əliyevin və memar Əcəmi Naxçıvaninin irsinə ehtiramı göstərdi ki, iqtisadi və hərbi inkişafın təməlində sarsılmaz milli Azərbaycan xalqının ruhu dayanır.
Azərbaycan dövləti bu gün öz maliyyə və texniki imkanları hesabına Avrasiya nəqliyyat və enerji xəritəsini yenidən cızır. Prezidentimiz İlham Əliyevin AzTV-yə müsahibəsində əks olunan qətiyyətli mövqe,sarsılmaz güc, dövlətimizin və milli maraqlarımızı qorumaqla yanaşı, regionda sülhün, tərəqqinin və qlobal iqtisadi inteqrasiyanın əsas təminatçısı olduğunu bütün dünyaya növbəti dəfə sübut etdi.Azərbaycan dövləti bir daha regionda söz sahibi olduğunu dəfələrlə göstərir və sübut edir.Dövlətimizin bu sarsılmaz gücünün əbədi olması üçün Azərbaycan xalqı olaraq Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməli və öz dəstəyimizi daima göstərməliyik.
Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı