PDF Oxu

Siyasət

  • 1 030

Masallıda şəhid ailələri unudulmur - FOTO

image

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirmək artıq ənənə şəklini almışdır. Növbəti dəfə icra başçısı Araz Əhmədov, rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyə nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin Viləş kəndində yaşayan anası Səməngül Vəliyevanı səhhəti ilə bağlı ziyarət edib.
Görüş zamanı şəhid ailəsinin qayğılarını yaxından öyrənən rayon rəhbəri bildirib ki, şəhidlər bizim baş tacımızdır. Onları vaxtaşırı yad etmək, ailələrinin yanında olmaq borcumuzdur. Həmçinin icra başçisi şəhid ailələrinin dövlətin daim diqqət və qayğısı ilə əhatə olduğunu deyib, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl davam etdiyini vurğulayıb.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib, rayon rəhbərinin mütəmadi görüş və ziyarətlərinə yüksək qiymət veriblər .
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər