Avqustun 20-si gecəsi Kiyevə Rusiya hücumları nəticəsində ölənlərin sayı 12-yə çatıb, daha 34 nəfər yaralanıb. Bu barədə Kiyev şəhər meri V.Kliçkov məlumat yayıb. Mer daha sonra xəstəxanada daha bir yaralı şəxsin öldüyünü bildirib. Bu günə Kiyev şəhərində mətam elan olunub.
Kiyev şəhər Prokurorluğun məlumatına görə, ölən 12 nəfərdən 4-ü Svyatoşinski rayonunda, 8-i isə Solomyanski rayonunda ölüb.Rusiya hücumunun nəticələri paytaxtın Solomyanski, Svyatoşinski və Darnitski rayonlarında qeydə alınıb. Prokurorluğun ilkin məlumatlarına görə, Solomyanski rayonunda ən azı 16 çoxmərtəbəli yaşayış binası, Svyatoshinski rayonunda isə bir bina zərər görüb.
Hücum nəticəsində həmçinin məktəb, uşaq bağçası və dayanacaqda yanğın baş verən uşaq xəstəxanasına da ziyan dəyib. Yataqxana, anbarlar, mağazalar, qarajlar və yanacaqdoldurma məntəqəsi də zərər görüb.
Kiyev Şəhər Prokurorluğu ölümlə nəticələnən müharibə cinayəti (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı istintaqa başlayıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti əvvəllər altı nəfərin öldüyünü və 33 nəfərin yaralandığını bildirmişdi. Xilasedicilər dağıntılar altından iki nəfəri çıxarıblar.
İlham