PDF Oxu

Siyasət

  • 508

Lukoil-ın aktivlərinin satışı üçün son tarix uzadılıb - FOTO

image

ABŞ sanksiya tətbiq edilən Rusiya şirkəti Lukoil-ın aktivlərinin satışı üçün son tarixi 19 sentyabra qədər uzadıb. Bula bağlı ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 20 avqustda müvafiq sənəd dərc edib. OFAC "Lukoil International GmbH və əlaqəli xidmət fəaliyyətləri ilə bağlı danışıqlar və müqavilələr üçün müəyyən əməliyyatlara icazə verilməsi" adlı sənəd dərc edib.O, əlavə OFAC təsdiqi şərtilə Lukoil aktivlərinin satışı üçün son tarixi 19 sentyabr (Şərq vaxtı) günün əvvəlinə qədər uzadıb.Bu qərar, xüsusilə də Lukoil-ın Burqasdakı neft emalı zavodu və təxminən 500 yanacaqdoldurma məntəqəsi şəbəkəsi də daxil olmaqla neft sektorunda əhəmiyyətli paya sahib olduğu Bolqarıstan üçün əhəmiyyətlidir.

Qeyd edək ki, ABŞ əvvəllər Lukoil üçün sanksiya güzəştlərini 2026-cı ilin aprelinə qədər uzadıb. 2025-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp ikinci müddətində ilk dəfə Rusiyaya qarşı, xüsusən də iki ən böyük neft şirkəti olan Rosneft və Lukoil-a qarşı yeni sanksiyalar tətbiq edib.

İlham

Digər xəbərlər