PDF Oxu

Siyasət

  • 964

Laçın Şəhəri Günü - müstəqilliyimizin və suverenliyimizin rəmzi - ŞƏRH

image

Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Bu günlər millətimizin sarsılmaz iradəsini, Vətən sevgisini, mübarizə əzmini və qəhrəmanlıq ruhunu təcəssüm etdirir. Həmin günlərdən biri də 26 avqust – Laçın Şəhəri Günüdür. 26 avqust Azərbaycan xalqı üçün sadəcə bir tarix deyil, bu, Laçın şəhərinin azadlığa qovuşmasının və doğma torpaqlara qayıdışın bayramıdır. Laçın Şəhəri Günü, 30 illik həsrətdən sonra Qarabağın ürəyində yerləşən bu gözəl şəhərin yenidən Azərbaycanın suverenliyi altında dirçəlişini qeyd edir. Bu gün həm qələbənin, həm də birliyin və quruculuğun rəmzidir.
2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan
Azərbaycanın Müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin
əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.Həmin il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı. Azad ediləndən sonra Laçında çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
2025-ci il may ayında 11,2 ha ərazidə “Laçın” İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Nəhayət 2025-ci il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və “Həkəriçay” su anbarının təməlini qoyub. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar.
Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra
dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə
məskunlaşması üçün bütün şərait yaradılıb.
Qazanılan zəfərdən keçən qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz
tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa,
abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni
infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir. 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Prezident İlham Əliyevin son altı ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. 2026-cı il iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı olub. Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Qalan enerji isə ölkə enerjisisteminə ötürülür. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən Kəlbəcər–Laçın avtomobil yolu 75,8 kilometr uzunluğunda olacaq və mövcud marşrutla müqayisədə 32,2 kilometr daha qısa məsafə təmin edəcək. Yol üzərində 17 tunel və 23 körpünün inşası Laçının mürəkkəb relyef şəraitində müasir mühəndislik həllərinin tətbiq edildiyini göstərir. 26 avqust – Laçın şəhəri günü xalqımızın əzmini, dözümünü, mübarizəsini və yenilməz ruhunu simvolizə edir. Laçın işğaldan azad olunması bütün Azərbaycanın gələcəyi üçün yeni üfüqlər açdı. Burada qurulan yeni həyat, salınan müasir infrastruktur, yaradılan iş yerləri və bərpa olunan mədəni irs müstəqil dövlətimizin gücünü, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirir.

Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər