Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib.
Şanlı Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu düşmənə layiqli, sarsıdıcı zərbə vuraraq 30 il ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Lakin Ermənistan hər vəchlə öz xain xislətini həyata keşirməyə çalışırdı. Bunun nəticəsi olaraq Azərbaycan Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 2023-cü il aprelin 23-də “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini qurdu.
26 avqust – azad, abad Laçının Şəhəri Günüdür, qürur günüdür. Belə ki, Laçın şəhəri günü Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.
Böyük Qayıdış proqramı çərçivəsində Laçın və digər azad edilmiş ərazilərdə müasir yaşayış kompleksləri inşa olunur, kənd təsərrüfatı və sənaye sahələri dirçəldilir, əhalinin təhlükəsiz və rahat şəkildə məskunlaşması üçün bütün şərait yaradılır.
Bu gün Laçın artıq yalnız keçmiş işğalın ağrısını xatırladan şəhər deyil. Laçın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin ən parlaq nümunələrindən birinə çevrilir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Laçında aparılan işlər bu siyasi məqsədin praktiki nəticələrini nümayiş etdirir.
Xüsusilə bir daha qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərimizdə yol, dəmiryol nəqliyyatı infrasturukturunun, sənaye parklarının, hava limanlarının və bir sıra strateji əhəmiyyətə malik obyektlərin inşası istiqamətində qısa müddət ərzində böyük işlər görülmüşdür və bu proses bu gündə uğurla davam etdirilir.
Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı