Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Avropanın və ABŞ-ın rəsmi Moskvaya iqtisadi, ticarət sanksiyaların qoyulması ilə nəticələnib. Lakin uzun fasilədən sonra Rusiyanın maliyyə naziri Anton Siluanovun Aşvildə keçirilən G20 görüşündə iştirak edib. Məhz bu məslə Avropa ölkələrinin başçıları arasında müəyyən narazılığa və narahatlığa səbəb olub. Ağ Ev-də D.Trampın təşkil etdiyi mətbuat konfransında müxbir məsələni aydınlaşdırmağa çalışıb. ABŞ prezidenti Donald Tramp Rusiyanın maliyyə naziri Anton Siluanovun Aşvildə keçirilən G20 görüşündə iştirakını şərh edərkən bildirib ki, Vaşinqton "hamı ilə yola getmək istəyir: “Biz hamı ilə yola getməyi sevirik. Uğurlu olmağımın səbəblərindən biri də hamı ilə yola getməyimdir."
The New York Times qəzetinin məlumatına görə, Siluanovun gözlənilməz iştirakı G20 görüşünün gərgin başlanğıcına səbəb olub. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı hücumundan bəri Rusiya nazirinin belə bir görüşdə şəxsən iştirak etdiyi ilk hal idi.
Avropalı müttəfiqlər Amerikanın Siluanovu görüşə dəvət etmək qərarına qəzəblərini bildiriblər. Öz növbəsində, Almaniyanın vitse-kansleri Lars Klinqbeyl Rusiya nazirini Ukraynaya qarşı təcavüzə görə açıq şəkildə qınayıb və ABŞ-ın belə bir qonağın qəbulu ilə bağlı mövqeyindən narazılığını bildirib.
İlham