PDF Oxu

Siyasət

  • 446

Balacaların gülüşü, idmanın sevinci - FOTO

image

Lerik şəhəri Amid Heydərov adına 2 saylı körpələr evi-uşaq bağçasında balacalar arasında “Balacaların gülüşü, idmanın sevinci” adlı əyləncəli idman oyunları təşkil olunub.
Məqsəd uşaqların fiziki fəallığının artırılması, erkən yaşlardan idmana marağın formalaşdırılması, sağlam həyat tərzi vərdişlərinin aşılanması, eləcə asudə vaxtlarının səmərəli təşkilindən ibarət olan tədbirdə uşaqlar üçün müxtəlif əyləncəli idman oyunları və hərəkətli yarışlar keçirilib. Şən və pozitiv ab-havalı tədbir uşaqların böyük marağı və yüksək əhval-ruhiyyəsi ilə yadda qalıb.
Məlumat üçün bildirək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lerik şəhəri Amid Heydərov adına 2 saylı körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı sayəsində baş tutub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər