Moldova növbəti iki həftə ərzində Rumıniya və ABŞ qoşunlarının da iştirak edəcəyi "Atəş Qalxanı" hərbi təliminə ev sahibliyi edəcək. Bu barədə "Newsmaker" qəzeti məlumat verib, Nəşr qeyd edir ki, hərbi təlimlər 4 sentyabrdan 19 sentyabra qədər davam edəcək. Hərbi təlim ölkə daxilində təlim mərkəzlərində keçiriləcək. Məqsəd üç ölkənin orduları arasında qarşılıqlı fəaliyyəti gücləndirməkdir. Moldova aparıcı rol oynayacaq.
Moldova Müdafiə Nazirliyi bildirib ki, manevrlər səbəbindən hərbi texnika yollarda görünəcək. Yerləşdirmələr əsasən gecə saatlarında baş tutacaq.
Qeyd edək ki, "Atəş Qalxanı" təlimi 2015-ci ildən bəri hər il keçirilir.
İlham