Avropada nasist təşkilat hesab olunan Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel, Saksoniya-Anhalt seçkilərində ifrat sağçıların qələbəsindən sonra partiyasının dəstəyinin ölkə miqyasında artmağa davam edəcəyini gözləyir. O, seçicilərin Fridrix Merzin partiyasına inamını itirdiyini iddia edir. Bu barədə Die Welt nəşri məlumat yaylb. Vaydel Saksoniya-Anhalt əyalət parlament seçkilərinin nəticələrini "tarixi qələbə" adlandırdı. O, qalib Ulrix Ziqmundu təbrik etdi və bütün kampaniyaçılara və seçicilərə təşəkkür etdi.
O, bu nəticəni qismən əvvəllər səs verməyənlərin səfərbər olunması, eləcə də digər partiyaların tərəfdarlarından səslərin cəlb edilməsi ilə əlaqələndirir. AfD həmsədri bildirib ki, "Bütün bunlar Almaniya və Saksoniya-Anhaltda demokratiya üçün yaxşıdır". Onun sözlərinə görə, seçicilər Fridrix Merzin Xristian Demokrat Birliyi partiyasına inamını itiriblər, çünki o, seçkilərdən əvvəl vədlər verir və sonra yerinə yetirmir.
Vaydel əminliklə qeyd edib ki, "CDU/CSU bir daha Bundestaq seçkilərində qalib gəlməyəcək".
O, sorğularda liderliyin artıq çox olduğunu və partiyasının dəstəyini ən azı 40%-ə çatdırmağa çalışdığını vurğulayıb.
Qeyd edə ki, 6 sentyabrda Saksoniya-Anhaltda keçirilən əyalət seçkilərinin nəticələrinə görə, A.Hitlerin əqidə dostlarının partiyası hesab olunan AfD seçicilərin 43,8% səsini qazanıb. Nasistlər qələbənin miqyasının genişlənəcəyinə əminlik ifadə edirlər.
İlham