PDF Oxu

Siyasət

  • 566

Vladimir Zelenski Donald Trampla görüşəcək - FOTO

image

Ukrayna Prezident Vladimir Zelenski sentyabrın son həftəsində ABŞ Prezidenti Donald Trampla görüşməyə ümid edir. Zelenski bu açıqlamanı jurnalistlərin onlayn suallarını cavablandırarkən deyib. O bu görüşdə amerikalılardan ballistik avadanlıq təchizatı məsələsini müzakirə etməyi ümid edir.

Zelenski hazırda Freya raket əleyhinə proqramı üzərində işlərin aparıldığını xatırladıb və amerikalıların onu dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Bununla belə, o qeyd edib ki, proqram hələ hazır olmasa da, Ukraynanın amerikalılardan ballistik avadanlıq təchizatına ehtiyacı var: “Bu məsələni müzakirə etmək üçün sentyabrın son həftəsində Prezident Trampla görüşməyi səbirsizliklə gözləyirəm. Və Allah qoysa, nəticə olacaq”.

Prezident görüşün harada keçirilə biləcəyini dəqiqləşdirməyib. Lakin Ukrayna prezidentinin ənənəvi olaraq iştirak etdiyi BMT Baş Assambleyasının yüksək səviyyəli debatları 22 sentyabrda Nyu-Yorkda başlayır.

Qeyd edək ki, Zelenski əvvəllər ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların keçirilməsinin mümkünlüyü barədə fikirlərini bildirmişdi, baxmayaraq ki, bu məsələ ilə bağlı hələlik qərar qəbul edilməyib.

İlham

Digər xəbərlər