PDF Oxu

Siyasət

  • 438

Belarusiya müharibə vəziyyətinə hazırlaşır - FOTO

image

Avropa ölkələri, o cümlən də Ukrayna və Polşa ilə gərginləşən münasibətlər fonunda Belarusiya sərhədlərini möhkəmləndirir. Bunla yanaşı Belarusiya hərbi arsenalını müasir dövrün tələbinə uyğunlaşdırmaq üçün Rusiya, Çin, Şimali Koreya, Tehran və digər ölkələrdən silah sursat, hərbi texnika alır. Hətta Belarusiya Avropaya göz dağı vermək məqsədi ilə Rusiyanın nüvə bazasının ölkə ərazisində yerləşdirilə biləcətyini bəyan edib. Rusiya ilə Belarusiya hərbiçilərini n tez-tez hərbi təılimlər keçirmələri də təsadüfi deyil. Bunla Belarusiya güclü müttəfiqə malik olduğunu və istənilən hərbi təcavüzə cavab vermək gücünə malik olduğunu nüçayiş etdirir. Ötən gün isə Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun hazırlıq yoxlamalarını davam etdirmək planlarını təsdiqləyib. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko özü jurnalistlərə açıqlamasında bildirib: “Mən artıq sadə dildə danışmışam: orduda dəyişiklik lazımdır; vaxt gəlib çatıb. Bütün ordu. Hamını yoxlayacağıq. Səfərbərliyə qədər”.

Belarus Prezidenti vurğulayıb ki, onun göstərişi ilə hazırda artilleriya briqadasının döyüş hazırlığı yoxlaması aparılır. Aleksandr Lukaşenko xatırladıb ki, əvvəllər tank bölmələrində yoxlamalar aparılıb. “Biz hər şeyi sanki müharibədəyik kimi edirik. Bu cür yoxlamalar müasir hərbi münaqişələrin təcrübəsini nəzərə alır”.

İlham

Digər xəbərlər