PDF Oxu

Siyasət

  • 614

"İdman siyasətə qarışmır" şüarı aktuallığını itirir - TƏHLİL

image

Avropanın bəzi şirkət, holdinq rəhbərləri, hətta siyasət adamları maliyyə imkanlarını daha da artırmaq üçün hər cür rəzilliyə və fırıldaqlara yol verirlər. İş o yerə çatıb ki, acgöz məxluqlar xalqların özünüifadə forması və cəmiyyətlərin mənəvi-psixoloji sağlamlığının təməl daşı hesab olunan idmandan öz şəxsi maraqlarının təmin olunması üçün istifadə edirlər. Hazırkı dövrdə peşəkar idman birbaşa mənfəət vasitəsinə çevrilib. Bəzi hallarda isə idmandan siyasi maraqların təmin olunması üçün də istifadə olunur. Ram olunmayan və ya müstəqillik nümayiş etdirməyə çalışan beynəlxalq idman federasiyalarının rəhbərləri şantaj olunur, təzyiq və hədələrlə üzləşirlər. "İdman siyasətə qarışmır", "Qoy, güclü zəfər çalsın" və bu kimi digər şüarlar və çağırışlar sadəcə şou xarakter daşıyır, dünya azarkeşlərini aldatmağa yönəlib. Fakt ondan ibarətdir ki, bu gün Fransa, Almaniya, ABŞ, Niderland, İspaniya, Belçika, Rusiya və digər dövlətlər idmandan öz dövlət maraqları naminə istifadə etməyə çalışırlar. Bəzi hallarda dövlətlər düşmən, rəqib hesab etdikləri ölkələri ərazilərində keçirilən beynəlxalq idman yarışlarına buraxmaq istəmirlər, iştirak edən idmançılara isə açıq formada təzyiqlər göstərirlər. Bu isə "İdman siyasətə qarışmır" şüarına zidd olmaqla birliyə və düzlüyə uyğun gəlməyən haldır.

İdmanın siyasətə alət edilməsi yolverilməzdir

Bəzi dünyaca tanınmış ekspertlərin gəldikləri qənaətə görə, hazırda idman növləri arasında daha çox futbol böyük güclərin hədəfindədir. Bu da futbolda daha çox maliyyə vəsaitinin olması və bu idman növünə dünya xalqlarının maraq göstərməsidir. FİFA rəhbərləri siyasi təzyiqlərdən özlərini qorumağa çalışsalar da istəklərinə nail ola bilməyiblər. Müstəqillik nümayiş etdirdiklərinə görə, bəzi dövlətlərin hüquq-mühafizə orqanlarının dəftər-kitabından keçib, məhkəmə salonlarına gətirilirlər. 2022-ci ildə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatterin və UEFA-nın sabiq prezidenti Mişel Platininin İsveçrədə məhkəmə qarşısına çıxarılmaları, məhz ABŞ-ın istəyi və İsveçrə hakimiyyətinin marağı əsasında baş tutub. Çünki Yozef Blatterin prinsipiallığı nəticəsində ABŞ və İsveçrə dünya çempionatına buraxılmayıblar. Sözügedən şəxslər haqqında ittiham atı da düzülüb-qoşulmuşdur. İsveçrə Baş Prokurorluğu onları dələduzluqda, vəsaitlərin mənimsənilməsində, cinayətkar idarəetmədə və saxtakarlıqda ittiham edir. 2011-ci ildə onlar 2 milyon İsveçrə frankı məbləğində ödəniş təşkil ediblər və prokurorlar bunun qanunsuz olduğunu bildiriblər.

Məhkəmə prosesində ittiham aktı sübuta yetirilmədi və Yozef Blatterin və Mişel Platinin bəraət aldılar. Bununla bir daha sübuta yetirildi ki, Avropa və ABŞ idmandan sadəcə öz mənafeləri üçün istifadə etməyə çalışırlar. Bu məsələ də ABŞ-ın bir qədər irəli getdiyi müşahidə olunur. Yəni Avropa ölkələri müstəqillik nümayiş etdirən idman federasiyalarının rəhbərlərini “cəzalandırmaq”da zəiflik nümayiş etdirdik də, təşəbbüsü özü əlinə almağa çalışır.

Cared Kuşnerin qardaşı Coşua Kuşner maliyyə fırıldaqçılığında ittiham olunur

Görünən ondan ibarətdir ki, gücü və imkanlarına söykəndiyindən istəyinə nail ola bilir. Misal olaraq Avropanın həbs etməkdən imtina etdiyi Ceffri Uebbin və FİFA-nın 14 keçmiş və hazırda fəaliyyətdə olan futbol funksionerinin ABŞ polisi tərəfindən həbs olunmalarını göstərmək olar. Araşdırmalardan sonra məlum olur ki, ABŞ polisinin FİFA funksionerlərinin dəmir barmaqlıqlar arasına göndərilməsində ABŞ prezidenti Donalt Trampın qızının əri Kuşnerin xüsusi rolu olub. Səbəbi də, Cared Kuşnerin kiçik qardaşı Coşua Kuşnerə məxsus Thrivein şirkətinə sözügedən şəxslərin maneçiliklər törətmələridir. Ceffri Uebbin və FİFA-nın 14 əməkdaşının həbs edilməsindən keçən qısa müddət ərzində Cared Kuşnerin qardaşı Coşua Kuşnerə məxsus Thrivein şirkəti FİFA-nın əsas kommersiya aktivlərini 20%-ni mənimsəməyə nail oldu. Bu da ümumilikdə 4. 8 milyard dollar vəsaitin oğurlanması deməkdir. Norveç hüquq-mühafizə orqanları cinayət şikayəti hazırlamaq üçün sənədlər tələb edərək Amerika məhkəməsinə iddia qaldırdı. Kuşnerin qardaşı qanun pozuntusuna cəlb olunmadı və iddia rədd edildi.

Gəldiyim qənaətə görə, idmanı siyasətə qatmaq dünya idmansevərlərinə hörmətsizlikdir. Böyük pullar qazanmaq xatirinə idmanda çirkin oyunlar qurmaq, şoular yaratmaq dünya xalqlarını birlikdən, birgə yaşayışdan və sevincli anlardan məhrum etməyə cəhd etmək deməkdir. Belə maqnatlara, siyasət dəllallarına ancaq üzünüz qara olsun deməyə imkanımız çatır.

İ.ƏLİYEV

Cared Kuşnerin qardaşı Coşua Kuşner maliyyə fırıldaqçılığında ittiham olunur

Digər xəbərlər